adalet.az header logo
  • Bakı 19°C
20 Noyabr 2014 15:51
3381
DÜNYA
A- A+

Abramoviç Türkiyədə ada alır

Türkiyədə satışa çıxarılan adaya rusiyalı milyarder Roman Abramoviç müştəri düşüb.

Adalet.az"Milliyet” qəzetinə istinadən xəbər verir ki, R.Abramoviçin 35 milyon dollara satışa çıxarılan Mərmərə dənizindəki Karaca adasını almaq ərəfəsində olduğu bildirilir.

Məlumata görə, adaya investisiya qoymaq istəyən rus milyarder öncə "Karaca”nı 1-ci dərəcə təbii zona statusunu ləğv etməyə çalışır.

ABŞ-da yaşayan və cins atların yetişdirilməsi ilə məşğul olan izmirli iş adamına məxsus olan Karaca adası 4 il əvvəl 25 milyon dollara satışa çıxarılsa da, adaya müştəri tapılmamışdı.
Ada ötən ayın sonunda Bosfor emlak şirkəti tərəfindən 35 milyon dollara yenidən satışa təqdim olunub.

Havadan çəkilən reklamla tanıdılan adanın sahəsi müəyyən hissəsi meşəlikdən ibarət olmaqla 381 000 kvadrat metrdir.