adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Noyabr 2014 15:21
4203
MƏMLƏKƏT
A- A+

FHN Gəncədə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti noyabrın 20-də Gəncə şəhərində"Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda regional seminar-müşavirə keçirib.

Seminar-müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin "Yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumların vəzifələri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanaraq bu vəzifələrin icrasında Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Mənzil Kommunal İstismar Sahələri, bələdiyyə qurumları, Qaz İstismar, Enerji Təchizatı və Satışı İdarələrinin üzərinə düşən vəzifələrdən söhbət açılıb. Məruzədə vurğulanıb ki, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələdir. 

Seminar-müşavirədə maarifləndirci tədbirlərə geniş yer verilib, "Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, "Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda çıxışlar dinlənilib, "Dəm qazından ehtiyatlı olun!” adlı qısametrajlı film nümayiş etdirilib.Çıxış edənlər FHN tərəfindən həyata keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirlərin əhəmiyyətini qeyd edərək maarifləndirmə işlərində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin zəruriliyindən, hər bir müəssisə və təşkilatda yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən 9 adda plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanmılıb.