adalet.az header logo
  • Bakı 13°C
20 Noyabr 2014 15:01
6775
GÜNDƏM
A- A+

“Tələbələrə verilən kreditlər ləğv olunmalıdır” - Abel Məhərrəmov

Adalet.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bir neçə təkliflə çıxış edərək elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirib:

""Elm haqqında” qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv olunmalıdır. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”.

Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.