adalet.az header logo
  • Bakı 17°C
20 Noyabr 2014 14:00
10557
TEXNOLOGİYA
A- A+

Azərbaycanda İKT sektorunun inkişaf tempi 10 ilə 25-30 faiz artıb

Bu ilin iyul ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yüksək texnologiyalar, elektron ödəniş proqramları, aeronaviqasiya sistemləri və "e-hökumət” sahələrini əhatə edən 31 startapa qrantlar təqdim edib. Adalet.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçid prosesi haqqında hesabatında (Transition Report 2014) deyilir.

 

Bildirilir ki, 2013-cü ildə Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılıb, eləcə də Azərbaycanın ilk "Azerspace-1” telekommunikasiya peyki orbitə buraxılıb: "Bütün bunlar Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına və Azərbaycanın kosmik sənayesinin inkişafına xidmət edir. Son 10 ildə Azərbaycanda İKT sektorunun illik inkişaf tempi 25-30 faiz olub. Bunun sayəsində bu sahəyə neft sənayesindən sonra ən çox xarici investisiya yatırılır”, - hesabatda vurğulanır.

 

Sənəddə bildirilir ki, Azərbaycanda son illər İKT sahəsində bir sıra təşəbbüslər həyata keçirilib: "2011-ci ildə 40 dövlət qurumunun xidmətlərinin təqdim edildiyi (2013-cü il üçün olan vəziyyətə görə) "Elektron hökumət” portalı işə salınıb. 2009-2011-ci illərdə İKT sektoruna yatırılmış dövlət və özəl investisiyaların həcmi iki dəfədən çox artırılıb".