adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2014 13:17
3774
MƏMLƏKƏT
A- A+

Azad Rəhimov vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində baş tutacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.