adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aykanın köşə yazarı olmasına dair...

TURAL SAHAB
289923 | 2014-11-20 01:31

Hə, deməli belə. Bu gün də sizlərə Aykanın köşə yazarı olmasından danışmaq istəyirəm. Bəli, bəli əzizlərim düz tapdınız, bu Ayka elə sizin düşündüyünüz Aykadır. Facebookda ehtiraslı şəkillər paylaşıb, dişi tökülmüş babalarla virtual sex edən Ayka...
Bilmirəm, yadınızdadırmı?- keçən yazılarımdan birində Aykanın bu yola necə düşdüyü haqqında qısa bir esse yazmışdım, bu gün də İnşallah Aykanın necə köşə yazarı olub, "bərk"gedən saytlardan birində yazması haqqında danışacam.
Günlərdən bir gün şefredaktorlardan biri qəmli statuslar yazan Aykaya rastladı dostlarının birinin profilində. Özü də gördü ayə, bu qızın kədərli statuslarını əllidən çox oğlan bəyənib, rəyləri ilə Aykaya dəstək olur. Şeytan ağlına belə bir fikir saldı, bu Ayka bu statusları bir az bəzəyib uzun yazsa, bir azda özü düzəliş etsə sayta kalan İP toplayar. Bu fikri Aykaya dedikdə Ayka sevincindən evdə bir o başa, bir bu başa qaçdı, Üzeyirin bir- iki mahnısını oxudu və geri dönüb razı olduğunu bildirdi.
Sabahı saytın binasına gəlib, o məşhur divanın tozunu sildikdən sonra ilk köşə yazısı ilə şoubiyyat aləmində bomba kimi partladı.
Bax bu cür oldu, Ayka xanımın köşə yazarı olması. Ondan sonra ən məhrəm, ən yazılmayan şeyləri yazdı, ən bahalı otellərdə olmasa da, ən gözəl divanlarda xəyallar qurdu.
Bu işin zarafat hissəsi, işin bir də faciə olan bölümü var. Bir cəmiyyət nə zaman çökər, bir millət nə zaman yox olar bilirsizmi?
Əxlaqı korlandığı zaman, ailə sistemi çökdüyü, böyük- kiçik yeri bilinmədiyi zaman.
Özünə yazar deyən bir baba ekranlardan nəvəsi yaşında, ailəli bir qadına eşq elan edirsə, tvlər də bu babanı ağsaqqal deyə millətə sırıyırsa....
Mavi, mavi oğlanlar ictimai verlişlər aparırsa...
Bu millətin gələciyinin yaxşı olmasından kim danışa bilər ki?- Heç kim. Böyük Sabir deyirdi, hər şeyin başı tərbiyyədir. Biz öz gəncliyimizə tərbiyyə verə bilmirik nə yazıq ki
Nə zaman bu bu məsləyə toxunsaq, ağızlarını büzürlər yenəmi?- deyə
Niyə yazmayaq ki, siz hər yazınızda bu millətə əxlaqsızlığı aşılayırsız
Siz hər fürsətdə keçmişimə, özümə söyürsüz..
Siz ingilisdən çox ingilis, rusdan çox rus olursuz, ancaq " mən Türkəm" deyəndə şovinist oluram
Siz, sırf nə bilim, nə görünmək üçün kilsəyə gedir, boynunuzudan xaç asırsız, mən məscidə gedəndə oluram gerici.
Siz filosof olursuz saqqal saxlayanda, mən ya pinti, ya da terorist
Siz Aykanı, Aykaları köşə yazarları elədiz, bu millətə ağıl, ədəb dərsi keçdirdiz.
Biz niyə özümüz, öz kimliyimiz uğrunda mübarizə aparmayaq?!


TƏQVİM / ARXİV