adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

HƏQİQƏTİN O BİRİ TAYINDA...

BABƏK YUSİFOĞLU
50646 | 2014-11-19 15:13

Müqəddəs kitablardan öyrəndiyimizə görə, ilk qətliQabil törətmişdir. İnsanların qəlbində yuva edən İblisin – nəfsin, paxıllığın,intiqamın, qəzəbin hökmü ilə yaradılmışların biri-digərini, Qabil qardaşıHabili öldürmüşdür...

Artıq milyon illərdi ki, insanlar qan axıdırlar, bucür günah əməllərini sürdürürlər. Və Haqqa çağırışlar, verilən cəzalar,düzənlənən qanunlar... qanlı cinayətlərin qarşısını hələ də ala bilməyib.Əksinə zaman keçdikcə İnsan oğlu öldürmək, məhv etmək, amma bunlarınmüqqabilində cəzasız qalmaq, törətdikləri əməllərin üstünü ört-basdır edilməküçün ən müxtəlif yollar belə axtarıb tapırlar.Amma...

Amma burada qəribə bir məqam da var. Ruhunu iblisətəslim edənlər, nəfsinə əsir düşənlər, şərin yanında yer alanlar, Xeyirə meydanoxuyub ətrafa şər toxumlarını səpənlər pisliklərin inşasına rəvac verənlər...Haqqın batil olmasına çalışsalar da Haqq batil olmur. Çünki Allah-Təalayaratdığı gözəlliklərin iblis və onun nökərləri tərəfindən məhv edilməsinəimkan verməz...

Elə aparılan mübarizələr, zaman-zaman bəziqeyri-adi insanların var olması buna sübut deyilmi? Yeni texnoloji imkanlarınbelə aciz qaldığı məqamlarda həmin fenomen fərdlərin meydana çıxması İlahimüdaxilənin mövcudluğundan xəbər vermirmi?

Hurkosun fenomen istedadının hesabına necə qapalıişlər aydınlığa çıxdı, müəmmaya bənzər hadisələr gerçək cavabını tapdı... Vəkimlər daha ona minnətdar qalmadı? Prezident ronald Reyqandan tutumuş sıravivətəndaşadək olan bir çoxları...

Peter Hurkosu nəzərdə tuturam.Tanıyırsınızmı onu?..

***

                                 ADİGÜNLƏRDƏ BAŞ VERƏN BİR QƏZA…

...Haaqa. Adi günlərdən biriydi. Rəngsaz Peterhəmişə olduğu kimi yenə iş başındaydı. Ona dörd mərtəbəli binanın fasadınınmüəyyən yerlərini rəngləmək tapşırılmışdı. O da sakitcə bununla məşğuldu…

Və hər şey dördüncü qatda işləyərkən Hurkozuntəsadüfən müvazinətini itirərək yıxılmasından sonra baş verdi. Orada hadisəninşahidi olanlardan kimsə təxminən 15 metr yüksəklikdən yıxılan bu 30yaşlarındakı gənc adamın sağ qalıb yaşayacağına inanmazdı.

Əslində xəstəxanaya çatdırılan Peteri müəllicəyəalan həkimlər də ürəkaçan proqnozlar vermədilər. Heç diaqnoz da sadəgörünmürdü: o, ağır kəllə-beyin travması almışdı. Və xəstənin vəziyyətiniümidsiz görən həkimlər hər şeyi taleyin hökmünə buraxmağa qərar versələr dəPeterin yaxınlarının təkidi ilə əməliyyata başlamaq məcburiyyətində qaldılar.

Cərrahi müdaxilə uğurlu keçsədə Peter özünəgəlmədi. Bioqrafların yazdığına görə, Hurkos üç gün beləcə koma vəziyyətindəyaşadı və onun üçün sadəcə dua etməkdən başqa bir şey qalmamışdı. O, dördüncügün gözlərini açaraq yaşam əlamətlərini göstərdi. Və yalnız bundan sonra həyatitəhlükənin aradan qalxdığını söyləmək mümkün olsa da müşahidə edilən bəziəlamətlər qorxunc nəticələrin yaranmasından xəbər verirdi: Hurkusun gözlərigörmürdü.

                                          HEYRƏTAMİZ TƏZAHÜR

Adi iş qəzası ucbatından əsl faciə ilə üz-üzə qalanPeterin fenomen qabiliyyət qazanması məhz bu zamanlar üzə çıxmağa başladı. Beləki, bir həftə içərisində gözləri heç nəyi görməyən bu gənc, palatayoldaşlarının yanına gələn adamların kandardan keçməsiindən sonnra hər birininadını, əlamətlərini söyləyirdi. Bu, ətrafdakıları son dərəcə təəccübləndirsə dəhəmin təəccüb və maraq hərkəsin sağlamlıq qayğıları içərisində səssiz-səmmirsizəriyib gedirdi. Ətrafdakılar bütün bunlara daha çox maraqlı bir oyun kimibaxırdılar.

Deyəsən tale bu gənc adamın üzünə gülməyə qərarvermişdi. Çünki bir həftədən sonra Peterin görmə qabiliyyəti yavaş-yavaş özünəqayıtmaqla yanaşı onunla daha qəribə proseslər baş verməyə başlamışdı... O,şəxsən görmədiyi, şahidi olmadığı hadisələr, insanlar barəsində inanılmazməlumatlar verirdi. Bunun üçün ona həmin şəxsin bir əşyasına toxunmaq kifayətedirdi…

Bir səhər palatada xəstələrə baş çəkən tibbbacısına Hurkos diqqətlə baxaraq qəfildən belə söylədi:

– Siz qatarda daha diqqətli olmalısınız, çünki yolçantanızı itirə bilərsiz!

Təəccübdən gözləri böyüyən qız:

– Nə, nə?! Siz bunları haradan bilirsiz? – soruşdu.

Sən demə bu talesiz hadisə onunla vur-tut iki saatöncə baş veribmiş.

Adamlar necə mat qalmaymaya bilrdilə?.. Növbətidəfə ona baş çəkməyə gələn arvadının əlindən tutaraq danışan Peter oğlunusoruşdu. Və bu zaman oğlanı qonşuya tapşırdığını Qadın söyləyən qadınaqəfildən, böyük həyəcanla qışqırdı:

– Bennini təcili oradan götür. Evdə yanğın var!

Qorxuya düşən arvadı təcili evə qayıdanda heç birhadisənin baş vermədiyinin şahidi olsa da Hurkosun söylədikləri bir neçə gündənsonra gerçəkləşdi. Doğrudan da mənzildəki yanğından Benni zorla qurtuldu...

Xəstəxanada artıq bu cür hallardan xəbərsiz qalankimsə yoxdu. Axı insanlar vaxtaşırı belə qəribə şeylərin şahidi olurdular.

                                        YENƏ ÖLÜM TƏHLÜKƏSİ

...Tibb bacısyla bağlı hadisədən bir neçə gün sonraHurkosun palata yoldaşlarından birinin müalicəsi bütdiyindən evə buraxılırdı vəo, sağollaşmaq üçün Peterə yaxınlaşdı. Onlar əl sıxışdıqları zaman rəngsazhəmin adama:

– Siz Britaniya xüsusi xidmət orqanınınagentisiniz. Və sizi yaxın günlərdə öldürəcəklər…

Bu sözləri eşidən adamın rəngi ağappağ ağardı:

– Harada?..

– Kalver-stritdə. Təəəssüf ki, mən bunlardanartığını sizə deyə bilməyəcəyəm.

Sözünü bitirən Peter sonra üzünü divara sarıçevirdi...

Maraqlıydı, hadisələrin bundan sonrakı davamı lapcəsuslardan bəhs edən romanlardakı hansısa fəslə bənzəyirdi.

Belə ki, həmin hadisənin baş verdiyi elə həmingecə, hər kəs yatdıqdan sonra palataya üç naməlum kişi gələrək onlarınəməkdaşlarına hazırlanan sui-qəsd haqqında Hurkosu sorğu suala tutdular. Həminməliumatları haradan aldığını soruşdular. Əslində onlar bu məlumatların gestapotərəfindən (hadisə 1941-ci ildə olmuşdur) ötürüldüyünə şübhə etmirdilər.

Çağırılmamış qonaqlardan biri onun biləyindən tutandaPeterin:

– Allahım, mən qətllərə nifrət edirəm!– söyləməsindən naməlum «qonaqlar»çaşdılar. Bundan sonra onların nə etmək istədiklərini öncədən söyləyən bu adamıöldürməkdən niyəsə vaz keçdilər. Səssizcə gəldikləri kimi də getdilər. Ammadoğrudandan da Hurkosun dediyi agent bir müddət sonra öldürüldü.

                                               BAŞQALAŞMIŞ ADAM…

Peter Hurkosun müalicəsi də başa çatdıqdan sonraevə buraxıldı. Lakin özü də hiss edirdi ki, xəstəxsnaya gətirilən PeterHurkosla xəstəxanadan çıxan Peter Hurkos fərqli-fərqli adamlardı. Bioqraflarqeyd edir ki, həyatının xilası üçün xəstəxanaya gətirilən bir rəngsaz oradanekstrasens, öncəgörən kimi ayrıldı. Bu qeyri-adi dəyişikliyi görən valideynləridə bir az sonra etiraf elədilər ki, "bu, artıq əvvəlki Peter deyil”.

Doğrudan da onu tanıyan hər kəs bu dəyişikliyigörərkən çox təəccüblənirdilər. Sakit, üzüyola, işlərinə məsuliyyətlə yanaşan,adi bir rəngsaz bu qədər hoqqabazlıq, fırıldaq, kələkbazlıq… necə edə bilərdiki? Axı ailəsi də belə üzdəniraq işlərdən uzaq idi… Amma nə etmək olardı,onunla möcüzə baş vermişdi…

Haaqada rəngsalıq edən Peter van der Hurkos 1911-ciil, mayın 21-də Hollandiyanın cənubundakı Dordrext şəhərində andan olmuşdu.Uşaqlığı, yeniyetməliyi, haqqında çox az məlumat verən bioqraflar bildirirlərki, digər öncəgörənlər, ekstrasenslər kimi Peterin əvvələr heç bir xüsusiqabiliyyəti, hansısa bacarığından xəbər verən əlamətləri olmayıb. Hamı kimiməktəbə gedib, yaşıdları ilə oynayıb, vaxt keçirib, beləcə böyüyüb, ailə qurub.Seçdiyi sənət də sıradan olub. Ta ki bəhs etdiyimiz qəzadan sonra xəstəxanayadüşənədək...

                               ONU SƏHNƏYƏ ÇIXARAN DAHA BİRTƏSADÜF...

Müəlicədən sonra evə qayıdan van der Hurkosuəslində qarşıda yeni problemlər gözləyirdi. Belə ki, o, əvvəlki kimi rəngsazişləyə bilməyəcəkdi. Həm aldığı travma, həm də onun psixikasında yaranmışdəyişiklər buna yol verməyəcəkdi.

Bioqrafların bildirdiyinə görə, həmin qəzadan sonraHurkos toxunduğu hər bir şeyin ona ötürdüyü informasiyalarından, gözünə görünənsəhnələrdən, qulağına gələn qəribə səslərdən çox ciddi narahatçılıq keçirirdi.Amma ailəni və özünü dolandırmaq üçün o, mütləq işləməliydi.

(Ardı qəzetin 25 noyabr sayında)

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV