adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Noyabr 2014 22:52
11367
MƏMLƏKƏT
A- A+

Yeni reabilitasiya mərkəzi fəaliyyətə başladı

Noyabrın 18-də məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Ucar rayonunda regional sosial reabilitasiya mərkəzinin açılışı olub. 


Adalet.az-ın  məlumatına görə, mərkəz regionlarda zorakılığın qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən təsis olunub.

Mərkəzi Aran rayonlarını əhatə edən mərkəz Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında fəaliyyət göstərəcək.

Təcrübəli psixoloq, hüquqşünas, pedaqoq və sosial işçilərin fəaliyyət göstərdiyi mərkəz müxtəlif zorakılıq halları ilə üzləşmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcək. Gələcəkdə mərkəzdə müvəqqəti sığınacağın yaradılması da nəzərdə tutulub ki, buraya müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuş və ya risk altındakı 5-18 yaşlarında uşaqlar qəbul ediləcək.