adalet.az header logo
  • Bakı 20°C
18 Noyabr 2014 21:57
9596
MƏDƏNİYYƏT
A- A+

3 ali məktəbdə interaktiv fotosərgi açılacaq

Bakının 3 ali məktəblərində (Azərbaycam Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) «In/Trend/out» adlı interaktiv foto sərgi keçiriləcək. 


Adalet.az xəbər verir ki, Kurator və Azərbaycan Respublikasının Əməkdar Rəssamı Səbinə Şixlinskayanın kuratorluq üzrə  keçirdiyi master klassın nəticəsi olan bu sərgi təklif olunan mövzular üzrə gəncləri özünü ifadə etməyə çağıran bir sosial aksiyadır. 7 növ mövzunu təmsil edən 7 şəkil təqdim olunacaq. Fotoqraflar Elene Cetere, Orxan Qarayev, Nurziya Xəlilova, Məhbarə Abbasova, Zöhrab Salam-zadə, Ülviyyə Həsən və Hatəm Əliyev cəmiyyətin sosial problemlərini əks etdiriblər. 

Sərgi ziyarətçiləri cəmiyyətimizin sosial həyatında olanları nəinki qiymətləndirə, həmçinin bu aksiyada bilavasitə iştirak edə bilərlər. Ekspozisiyaların yanında foto printer quraşdırılacaq və sərgi ziyarətçiləri təqdim edilmiş mövzulara uyğun olan istədikləri şəkili öz telefonlarından seçərək printer vasitəsilə çap etmək imkanına malik olacaqlar. Çap edilən şəkillər daha sonra ekspozisiyalara əlavə edilərək sərgidə təmsil olunacaqlar.   

"YARAT" Müasir İncəsənət Məkanı İctimai Birliyinin dəstəyi ilə Səbinə Şixlinskayanın kuratorluq üzrə  keçirdiyi kursun məzunları Elşən İbrahimov, Vafa Asadi, Anar Şəmsiyev, Könül Rəfiyeva, Səbinə Mirzəyeva və Rüfət Əliyev kimi gənc kuratorlar "İCU” Təşəbbüskar Kuratorlar Birliyini yaradıbşlar.