adalet.az header logo
  • Bakı 11°C
18 Noyabr 2014 17:55
32256
AVTOMABİL
A- A+

Su ilə işləyən maşın

Dekabrın 15-də Yaponiyada Toyota kompaniyası tərəfindən istehsal edilmiş hidrogen mühərrikli ilk avtomobil – sedan Mirai ("Gələcək”) satışa çıxarılacaq. Avtomobilin qiymətinin təxminən 62 min dollar olacağı bildirilir.

Avropa və ABŞ-da bu avtomobili artıq gələn ilin yayından etibarən əldə etmək olacaq. Toyota şirkəti ilin sonunadək daxili bazarda 400-ə yaxın Mirai satmaq niyyətindədir. Hökumət bu avtomobilin hər bir alıcısına 17 min dollar subsidiya ayıracağını vəd edib.

Kompaniyadan verilən məlumata görə, Mirai avtomobili yalnız su ilə işləyir. Mühərrikin fəaliyyəti zamanı havaya heç bir zərərli qaz atılmır. Maşının yanacaq çəni üç dəqiqə ərzində tam doldurulur və o, bu yanacaqla təxminən 650 kilometr yol qət edə bilir.

Daha bir Yapon firması - Honda da gələn il analoji avtomobil istehsal edəcəyini bildirib.