adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Noyabr 2014 13:25
79078
MODA
A- A+

Honduraslı gözəlin müəmması

Hondurasın buiki gözəli adını qazanmış Mariya Xose Alvarado və onun bacısı Sofiya bu günlərdə yoxa çıxıblar. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bacılar istirahət mərkəzində təşkil olunmuş bayram tədbirindən sonra itkin düşüblər. Hələlik onların harada olduğu məlum deyil. Amma Honduras polisi qızları oğurlamaqda şübhəli bilinən 4 nəfəri göz altına alıb.  Buna qədər isə 10 nəfər şübhəli qismində saxlanılsa da, barələrində dəlil yetərsizliyi səbəbindən onlardan 6-sı buraxılmışdı. Saxlanılanlardan biri Sofiyanın sevgilisi, digəri isə istirahət mərkəzinin rəhbəridir. Buna baxmayaraq, polislər qızların məhz oğurlanması ilə bağlı dəqiq faktlar da əldə edə bilməyib, başqa sözlə bacıların necə və hara yoxa çıxdığı əsl müəmmaya çevrilib.  

Qeyd edək ki, M.X.Alvarado dekabrda Londonda keçiriləcək Kainat Gözəli yarışmasında iştirak etmək üçün yaxın günlərdə İngiltərəyə uçmalıydı.

Honduras təhlükəlilik baxımından dünyanın ən arzuolunmaz ölkələrindəndir. Xüsusilə 2012-ci ildə oğurlanıb öldürülmə sayı həddindən artıq çoxalmışdı. Qətllərin 70 faizi isə narkoticarət səbəbindən baş verir.