adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Noyabr 2014 12:27
3163
ƏDƏBİYYAT
A- A+

“Ədəbiyyatımızın Xəzrisi” anılacaq

Bu gün xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatımızın Xəzrisi” mövzusunda "dəyirmi masa” keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın "Yüksək duyğular şairi”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunun "Nəbi Xəzrinin yaradıcılığında dini-fəlsəfi mövzu və obrazların psixoloji səciyyəsi”, şairin oğlu Arzu Babayevin "Xatirələrdə yaşayan xoşbəxt şair” mövzusunda məruzələri dinlənəcək.

Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin tələbələrinin ifasında Nəbi Xəzrinin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunacaq.