adalet.az header logo
  • Bakı 20°C
17 Noyabr 2014 12:11
4159
ƏDƏBİYYAT
A- A+

Gəncədə çağdaş ədəbiyyat müzakirə olunub

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində növbəti iclas keçirilib. Adalet.az xəbər verir ki, məlumatına görə, bölmənin sədri Xəzangül Hüseynova ilk olaraq nəzərdə tutulan və hazırlıqlarına başlanılan bir çox işlər haqqında məlumat verib. Gəncə ədəbi mühitinin nümayəndələri çıxış edərək təkliflərini bildiriblər.

Vaxtilə təkcə Gəncə deyil, bütün Azərbaycan ədəbi mühitində özünəməxsusluğu ilə yaddaşlara hopan "İlham” ədəbi birliyinin yaradıcısı və rəhbəri olmuş yazıçı Qərib Mehdi isə çağdaş ədəbiyyatla bağlı fikirlərini səsləndirib.

İclasın sonunda qərara alınıb ki, bundan sonra AYB Gəncə bölməsinin keçirəcəyi tədbirlər, görəcəyi bütün işlər mətbuatda işıqlandırılmalı, müəlliflərin yaradıcılıqları müntəzəm təbliğ olunmalıdır.