adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Noyabr 2014 15:57
4886
SİYASƏT
A- A+

Millət vəkili debatdan qaçdı

Sabiq müdafiə naziri Rəhim Qazıyev saytımıza açıqlamasında millət vəkili Fərəc Quliyevi 1993-cü il olaylarını müzakirə etmək üçün debata dəvət edib. Bununla bağlı Moderator.az-a açıqlama verən F.Quliyev R.Qazıyevin debat təklifindən imtina edib:

"Bu hadisələrə aydınlıq gətirməyə ehtiyac yoxdur. Çünki bunlar kifayət qədər aydındır. Hər dəfə mən bu məsələlərə münasibət bildirəndə kənardan fikir bildirməyə çalışırlar. Mən bu məsələlərlə bağlı münasibətimi Surəıt Hüseynoivun ən güclü vaxtında bildirmişəm. Bu fikirlər də öz təsdiqini tapıb. İndi bununla bağlı müzakirələrdə iştirak etməyə nə vaxtım, nə də həvəsim var”.