adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Noyabr 2014 05:52
5006
SİYASƏT
A- A+

Əli Kərimlidən mitinq təsginliyi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli təmsil olunduqları Milli Şuranın son mitinqi barəsində öz fikirlərini bölüşüb. AXCP sədri mitinqlə bağlı yayılan məlumatların ən çox izlənilən informasiya arasında olduğunu qeyd edib. Bununla təsginlik tapıb: "Milli Şuranın keçirdiyi 12 oktyabr və 9 noyabr tarixli mitinqlərin bütövlükdə il ərzində baş verənlər içərisində ən çox oxucu marağına səbəb olan hadisəyə çevrildiyini bilirdiniz? Baxmayaraq ki, bu mitinqlər haqda iqtidarlı müxalifətli bütün mətbuat orqanları məlumat vermişdilər, təkcə "Azadlıq” qəzetinin saytından mitinq reportajlarını uyğun olaraq 70 mindən və 62 mindən artıq oxucu oxuyub. Ölkədə il ərzində baş vermiş heç bir siyasi, mədəni, şoubiznes hadisəsi heç bir mətbuat orqanında bu qədər oxunmayıb".