adalet.az header logo
  • Bakı 13°C
14 Noyabr 2014 15:53
6700
DÜNYA
A- A+

Türkiyənin müdafiə naziri vurulan helikopterdən danışdı

Türkiyənin müdafiə naziri İsmet Yılmaz təmas xəttində vurulan erməni helikopterindən danışıb.

İ.Yılmaz plan və büdcə komissiyasında Müdafiə Nazirliyinin büdcəsi ilə bağlı müzakirələrdə iştirak edib.

O, Azərbaycanın ermənilərə məxsus bir helikopteri vurduğunu və ermənilərin bunun qarşılığını verecekləri ilə bağlı hədələrini xatırladıb. "İnanın bu bölgədə sabah nə olacağını bilmirsiniz".

O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edən ölkələrin bu məsələyə diqqəti artırmalı olduğunu deyib.

Müzakirələrdə bədəlli əsgərliklə bağlı da müzakirələr aparılıb. Bəzi millət vəkilləri müdafiə nazirindən bu məsələ ilə bağlı konkret cavab tələb ediblər. O, isə İraqı, Suriyanı, Azərbaycan və Ermənistan arasında baş verənləri, Ukrayna və krımdakı vəziyyəti müşahidə etmənin Türkiyənin içində olduğu vəziyyəti anlamaq üçün çox önəmli olduğunu deyib.(anspress.com)