HAMIMIZA AiD OLAN PUŞKiN MEDALI

ƏBÜLFƏT MƏDƏTOĞLU
35753 | 2007-12-16 21:15
Bir xoş xəbər eşitdim. Daha doğrusu, mətbuatda oxudum, sevindim. Əslində kimlərsə irad tuta bilər ki, bu medalın sənə nə dəxli var. Amma səmimi deyəcəm. İstənilən söz adamının, istənilən uğuru onun mənə münasibətindən asılı olmayaraq həmişə məni sevindirir.
   
   Bunun bir səbəbi var, o da mənim Dağlıq Qrabağda, onun bir guşəsi olan Tuğ kəndində ermənilərlə birlikdə yaşadığım zamanlarda daxilimə hakim kəsilmiş təklənmək qorxusundan, paytaxtda uzanan əlimin ünvanına yetə bilməyəcəyi təlaşından irəli gəlib. Həmişə Tuğda yaşadığım "qəribliyin" təsəllisi olub, bu əhatədən kənarda hər bir azərbaycanlının qazandığı uğur.
   
   Bilmirəm fikrimi ifadə edə bildim, yoxsa yox. Amma doğrudan doğruya mən azəri türkünün, illah da onun söz, sənət adamlarının uğruna həmişə sevinmişəm və düşünmüşəm ki, bir oxucu kimi burda mənim də payım var. İndi də mətbuatdan öyrəndim ki, dəyərli ziyalı, gözəl alim və görkəmli yazıçı Kamal Abdulla Rusiya prezidenti Putinin fərmanı ilə Puşkin medalı ilə təltif edilib. Bu təkcə Kamal müəllimin deyil, həm də ədəbiyyatımızın, eləcə də Kamal Abdullanın sözün böyük mənasında təmsil etdiyi Azərbaycan ədəbiyyatının uğurudur. Bu münasibətlə Kamal müəllimi ürəkdən təbrik edir, ona daha böyük nailiyyətlər və cansağlığı arzuları ilə:
   
   
   
   

TƏQVİM / ARXİV