adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

VAR OLMAQ...

17377 | 2007-12-16 21:15
Bədəni ölmüş qadının ruhu mübarizə aparırdı. Ruhu yaşamaq istəyirdi. Bədən öləndə ruhun yaşamaq istəyini anlamır. Bədən bilmir ki, yaşamaq üçün çarpışır ruh. Ən qəfləti və də ən dəhşətli xəbəri ilk növbədə ruh eşidir. Ruh ağrıyır əlimizi kəsdiyimiz zaman, ruh ağrıyır xətrimizə dəyiləndə. "Sənin xətrinə" Yəni "sənin ruhunun xətrinə" əslində. Ən, ən sonda ölür ruh. Bədən hər şeydən sonra yaranır, hər şeydən əvvəl ölür. Bədəni sönmüş bir qadın çırpınır ora-bura, ruhun əmri, ruhun komandası, ruhun sağ qalmaq ehtirası ilə. Yaşamaq ehtirasını ölümlə üz-üzə dayanarkən anlamaq gecdir, həddindən artıq gec.

TƏQVİM / ARXİV