adalet.az header logo
  • Bakı 16°C
13 Noyabr 2014 14:49
9622
GÜNDƏM
A- A+

Qardaş Türkiyənin başı dərddə

Əsəd rejimindən və İŞİD-dən qaçıb canını qurtaran 2 milyondan çox suriyalı Türkiyəyə sığınıb. Və Türkiyə bu 2 milyon insanı gündə üç dəfə yeməklə, yataqla, tibbi personalla təmin etmək zorundadı. Türkiyənin bu yöndə xərcləri 6 milyard dolları keçib.

İndi də Hələbin darmadağın edilməsi nəticəsində daha 1 milyon suriyalı Türkiyəyə üz tutub. Türkiyə də böyük insanlıq göstərərək qapılarını bu bədbəxt xalqın üzünə açıb. Deməli, Türkiyədə suriyalıların sayı 3 milyonu ötüb. Dünyanın heç bir özündənrazı dövləti də bu məsələdə Türkiyəyə dəstək olmaq fikrində deyil.

Sayın Ərdoğanın Suriyanın Türkiyə ilə sərhədində bir qoruma bölgəsi yaratmaq istəyi də nə ABŞ tərəfindən, nə də Avropa dövlətləri tərəfindən qəbul olunmur. Çünki əsas məqsəd Suriya xalqını xilas etmək yox, Türkiyəni bataqlığa soxmaqdır.

Qardaş Türkiyə bu sınaqdan da, bu tələdən də ər kimi çıxmağı bacaraq.