adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Noyabr 2014 14:47
7107
GÜNDƏM
A- A+

Gövdə göstərisi

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altındakı ərazilərində böyük hərbi təlimlər keçir. Bu təlimlər zaman-zaman olur, amma bu dəfəki təlimlərin miqyası daha genişdi. Bəzi statistikaya görə, təlimlərdə 15 min, bəzilərində isə hətta 40 min əsgərin iştirak etdiyi bildirilir. Hərçənd ki, Ermənistan silahlı qüvvələrinin əsgəri sayı 40 mini keçmir. Deməli, burda hansısa ölkələrin və ya məlum ölkənin hərbi kontingenti yer alıb.

Əslində bu təlimlər bizə, xüsusilə cəbhə bölgəsində yaşayan dinc əhaliyə, eləcə də səngərlərdəki əsgər balalarımıza göz dağı verməkdən başqa bir şey deyil. Bu dəfəki təlimlərdə döyüş vertolyotlarının təmas xəttini keçərək səngərlərimizin və kəndlərimizin üzərindən uçması dinc əhalini təkcə vahiməyə salmaq üçün deyil, bəlkə də hansısa qərargahlarımızı atəşə də tuta bilərdilər. Ona görə də səngərlərdəki əsgərlərimiz düşməni yerində oturtmalıydı və oturtdu. Bu həm də düşmənin döyüş qabiliyyətinin nə qədər zəif olduğunu göstərir.