RÜBAİLƏR ÇƏLƏNGİ

VAQİF YUSİFLİ
39112 | 2014-11-13 01:38

Çoxəsrlik Azərbayjan poeziyasının qədim şeir formalarından biri də rübaidir. Təkjə Azərbayjan klassik poeziyasında deyil, ümumən Şərq xalqlarının ədəbiyyatında da çox geniş yayılan rübail bu gün-XXI əsrdə də dəbdən düşməyib. Doğrudur, rübai qəzəl kimi populyar deyil, lakin həm klassik, həm də müasir şeir şəkillərinin intensiv surətdə işlədilməsinə rəğmən rübaiyə də mürajiət olunması təqdirəlayiq haldır.Bu, onu sübut edir ki, birinjisi;müasir Azərbayjan poeziyası qətiyyən klassik poeziyadan və onun yaşarı ənənələrindən təjrid oluna bilməz, ikinjisi; "köhnə havalarda" da təzə nəğmələr ötmək olar. Təki ortada deyilməli fikir olsun və bu fikrin hansı formada ifadə edilməsi o qədər də önəmli deyil.
Rübai klassik şeirin dördlük növünə aiddir. Məlumdur ki, dördlük hər bəndi dörd misradan ibarət olan şeirə deyilir. Şeirin ahəngindən asılı olaraq dördlüklər müxtəlif formalarda qafiyələnir.Dördlüyə daxil olan şeir şəkilləri- tuyuqlar, mürəbbelər, bayatılar ən qədimi şeir növləridir. Yapon ədəbiyyatında dördlüklərin xokku, Noveç ədəbiyyatında stevn, Latış ədəbiyyatında dayna, çinlilərdə yaosu, ruslarda çastuşka növləri vardır.
Rübai klassik Şərq ədəbiyyatının ən nərmü-nazik şəkillərindən biridir və deyim ki, şairlər bu formaya mürajiət edərkən öz məharətlərini nümayiş etdirməyə çalışmışlar. Çünki döpd misrada, özü də sanki texniki jəhətdən çərçivələnmiş şeir formasında ijtimai, fəlsəfi, əxlaqi fikir söyləmək tələb olunur. Klassik şeirin digər formalarında bunu etmək o qədər də çətin deyil, çünki rübaiyə nisbətən o formalarda həjm genişdir. Bu mənada klassik şeirin rübai forması xalq şeirinin bayatı forması ilə doğmalaşır.
Şərq ədəbiyyatında bu formadan bütün klassik şairlər istifadə etmişlər. Lakin RÜBAİ adı çəkiləndə iki klassik yada düşür-fars ədəbiyyatının böyük öndərlərindən olan Ömər Xəyyam və Azərbayjan şvairəsi Məhsəti Gənjəvi. Ömər Xəyyamın fəlsəfi dərinlik və emosional qüvvətlə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, yalana, şərə, zorakılığa qarşı üsyankarlıq, dünyadan nəşə və kam almağa çağırış ifadə olunur:

Əlimdə olsaydı əgər ixtiyar,
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım-
Ki, hər kəs yaşardı azad, bəxtiyar.

Görün, bütün bəşərin ən böyük arzusunu Ömər Xəyyam hələ on-on bir əsr önjə nejə də sərrast ifadə edib.

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömür,
Əjəl köhlənində hazırdır yəhər.

Bu isə Məhsəti Gənjəvinin rübaisidir. İnsanı öz ömür yoluna sərvaxt olmağa, onun qədrini bilməyə səsləyən rübaidir.
XX əsr şairləri də rübaiyə tez-tez mürajiət etmişlər. M.Müşfiqin, M.Rahimin, Qabilin, H.Kürdoğlunun, O.Rzanın və b. şairlərin rübailəri bu şeir formasına marağın azalmadığını sübut edir. Jəlilabadda yaşayan Mirkamil Mirxəliloğlunun (o, AYB-nin üzvüdür) "Rübailər çələngi" kitabı da bu marağın bir ifadəsidir. Önjə qeyd edim ki, Mirkamil Mirxəliloğlu klassik poeziyanın qəzəl, müxəmməs, qəsidə və s. formalarına da mürajiət edir və onun indiyə kimi iki "Divan"ı da çap olunub.
M.Mirxəliloğlunun rübailəri mövzuja müxtəlifliyi ilə seçilir. Burada sevgi, eşqin tərənnümü, Tanrıya məhəbbət, halallığa, mənəvi saflığa çağırış əsas mövzulardır. Müəllif çalışır ki, hər rübaidə nəsə təzə bir fikir desin, özü də bunu bədii şəkildə ifadə eləsin. Məqsədinə
çatdığı da olur, çatmadığı da. Birinjisindən başlayaq.

Şüşə kuzə eşq şərbətin saxlamaz,
Ondan dadan küskün olar, ağlamaz.
Saqi, mənə bu şərbətdən daddırma,
Dadsam əgər, məni bir kəs anlamaz.

Hiss olunur ki, müəllif Xəyyamın rübai aləminə bələddir. Eşq şərbəti anjaq onu dadanların qismətidir. Burada mənəvi şərbətdən söhbət gedir. O şərbəti dadanları isə şər kəs anlamaz. Rəhmətlik Xəyyam da elə bunu deyirdi.

İsmi-əzəm bilməz eşqə düşənlər,
Özgə fikrə gəlməz eşqə düşənlər.
Sevib-sevmək divanəlik rəmzidi,
Ruzgarına gülməz eşqə düşənlər.

Bu rübaidə də ürfani bir düşünjənin şahidi oluruq. Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır. Füzuli babamız türkjə divanının lap birinji qəzəlində belə deyib: "Eşqdir ol nəşeyi-kamil kimi, ondandır müdam, Meydə təşviri -hərarət, neydə təsiri-səda".

Azadəliyi qan ilən al ki, şirin olsun,
Övladi-vətən bir qisas eşqiylə də dolsun,
Nadan nə bilir, müstəqil aləm nə imiş,
Mübariz olan ərlərimiz öündə doğulsun.

Bu rübai isə günümüzün ovqatından yaranıb.

Dünya əbədidi, ömür əmanət,
Yaranandan onda vardı əlamət.
Kəramətdən ədavəti çoxdu, çox,
Mücdələri şəkər deyil, zəlalət.

Bu lda dünyamızın mürəkkəb, təzadlı görünüşünü əks etdirən rübai. Mirkamilin rübailərində haqqa, ədalətə, dünyanın sabahına bir inam duyğusu yaşayır. O, dinimizi, Quranımızı, onun yaradıjısını mədh eləyən rübailər də qələmə alıb.
Ömürlə, günlə bağlı rübailər də xoş təsir bağışlayır.

Durna uçur, mənə qanad əyləmir,
Demək küsüb, eşq nəğməsin söyləmir.
Anlayır ki, yaşım ötür, qojayam,
Bu köç qatarında mənə gəl demir.

Təbii ki, bu rübailər kitabında Mirkamilin nisbətən solğun, bədii baxımdan, fikrin yetərsizliyi ilə zəif təsir bağışlayan rübailəri də var. Dilində, ifadə tərzində gözə dəyən pintiliklər də nəzərə çarpır. Tez-tez klassik poeziyada işlənən sözlərə, ifadələrə rast gəlirik ki, o sözlər və ifadələr indi arxaikləşib, onları rübailərdə işlətməyin nə mənası? Məsələn: "səngisar", "süjud", "fövran", "buxur", "xums", "zəkat", "nət", "münafiq", "vəjih", "nəsəb", "səqif" kimi sözlər sırf arxaik sözlərdir və indi onlar heç işlədilmir də və buna ehtiyaj da yoxdur. Rübailərdə mövzu təkrarına da rast gəlirik.
Mirkamil Mirxəliloğlu klassik poeziyanın formal xüsusiyyətlərini yaxşı bilir, istərdik ki, onun rübailəri məzmunja da zənginləşsin, həyatımızın, gerçəkliyimizin olaylarını da əks etdirsin. Uğurlar arzulayaq bu yolda ona!

TƏQVİM / ARXİV