adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ONU KiM UNUDAR...

15723 | 2007-12-16 21:13
Heydər Əliyev haqqında söz demək həm asan, həm çətindir. Asan ona görədir ki, bu böyük şəxsiyyətin bütün həyatı, fəaliyyəti Azərbaycan xalqının gözü önündə keçib. Bu məmləkətdə hər kəs saatlarla ondan danışa, xatirə söyləyə bilər. Çətin ona görədir ki, dediyim kimi, onun bütün ömrü, əməlləri hamıya məlumdur, təzə nəsə əlavə etmək müşküldür. Həyatda heç vaxt təkrarlanmayan insan haqqında təkrar-təkrar eyni sözlər demək də düz gəlmir. Heydər Əliyevi şəxsən tanıyanlar da, tanımayanlar da, onun təkrarolunmaz şəxsiyyətinə bələddir. Amma Liderimizi şəxsən tanımağın özü də cox böyük sevinc idi. Xoşbəxtlikdən bu səadəti tale mənə nəsib etmişdi.
   
    * * *
   
   Azərbaycana 1969-cu ildən rəhbərlik edən Heydər Əliyev respublikanı dirçəltmək, onun dövlət içində dövlət olması üçün, əsas tədbirlərdən biri kimi, kadr hazırlığına ilk gündən diqqəti artırdı. Bu xətt sonrakı illərdə də onun fəaliyyətinin umdə istiqamətlərindən biriydi. Yeni ali və ixtisas məktəbləri yaratdı. SSRİ-nin ən qabaqcıl təhsil müəssisələrinə hər il yüzlərlə gəncin göndərilməsinə nail oldu. Ən başlıcası isə, çox böyük siyası təmkin və tədbirlə iradəetmə sistemini məqsədyönlü şəkildə azərbay-canlaşdırmağa doğru istiqamət götürdü. Ziyalıları milli şüuru oyadan, gənclərə vətənpərvərlik hissi aşılayan fundamental elmi, bədii əsərlər yazmağa, ictimai rezonans doğuran geniş miqyaslı beynəlxalq tədbirlər keçırməyə çağırdı. Zahirən çox dinc vaxtda cəbhədən-cəbhəyə adlayan soyuq başlı, qaynar ürəkli, əli təmiz olan general səssiz-küysüz, yüksək professionallıqla, proq-ramlaşdırılmış ardıcıllıqla Azəbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında intibah dövrünün təməlini qoyurdu. İllər ötdü, gün gəldi, bu sağlam təməl üzərində müstəqil Azərbaycan dövləti quruldu və yenə onun qüdrətiylə öz müstəqilliyini daimi, əbədi, dönməz etdi. Bu tarixi missiya görünür, onun alın yazısıydı...
   
   "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!"
   
   Heydər Əliyev
   
   
   
   * * *
   
   1979-cu ildə məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə götürdülər. Heydər Əliyevlə ilk görüşüm o zamana təsadüf edir. Yadımdadı, onun kabinetinə daxil olmazdan əvvəl təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərov içəri girəndə ucadan danışmağı mənə tövsiyə etdi. Otağın iki qapısı vardı. İkisindən də keçib, "icazə olar, Heydər Əliyeviç?" deyə müraciət edib, elə qapının ağzındaca yerimdə donub qaldım. O, məni sükutla yuxarıdan aşağı süzüb, "bəs, niyə çığırırsan? Yaxın gəl, əyləş"- dedi. Görünür, həyəcandan səsim lap bərkdən çıxmışdı.

TƏQVİM / ARXİV