hacklink Adalet.az | ONU KİM UNUDAR... Adalet.az | ONU KİM UNUDAR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONU KİM UNUDAR...

13889    |   2007-12-16 21:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev haqqında söz demək həm asan, həm çətindir. Asan ona görədir ki, bu böyük şəxsiyyətin bütün həyatı, fəaliyyəti Azərbaycan xalqının gözü önündə keçib. Bu məmləkətdə hər kəs saatlarla ondan danışa, xatirə söyləyə bilər. Çətin ona görədir ki, dediyim kimi, onun bütün ömrü, əməlləri hamıya məlumdur, təzə nəsə əlavə etmək müşküldür. Həyatda heç vaxt təkrarlanmayan insan haqqında təkrar-təkrar eyni sözlər demək də düz gəlmir. Heydər Əliyevi şəxsən tanıyanlar da, tanımayanlar da, onun təkrarolunmaz şəxsiyyətinə bələddir. Amma Liderimizi şəxsən tanımağın özü də cox böyük sevinc idi. Xoşbəxtlikdən bu səadəti tale mənə nəsib etmişdi.
   
    * * *
   
   Azərbaycana 1969-cu ildən rəhbərlik edən Heydər Əliyev respublikanı dirçəltmək, onun dövlət içində dövlət olması üçün, əsas tədbirlərdən biri kimi, kadr hazırlığına ilk gündən diqqəti artırdı. Bu xətt sonrakı illərdə də onun fəaliyyətinin umdə istiqamətlərindən biriydi. Yeni ali və ixtisas məktəbləri yaratdı. SSRİ-nin ən qabaqcıl təhsil müəssisələrinə hər il yüzlərlə gəncin göndərilməsinə nail oldu. Ən başlıcası isə, çox böyük siyası təmkin və tədbirlə iradəetmə sistemini məqsədyönlü şəkildə azərbay-canlaşdırmağa doğru istiqamət götürdü. Ziyalıları milli şüuru oyadan, gənclərə vətənpərvərlik hissi aşılayan fundamental elmi, bədii əsərlər yazmağa, ictimai rezonans doğuran geniş miqyaslı beynəlxalq tədbirlər keçırməyə çağırdı. Zahirən çox dinc vaxtda cəbhədən-cəbhəyə adlayan soyuq başlı, qaynar ürəkli, əli təmiz olan general səssiz-küysüz, yüksək professionallıqla, proq-ramlaşdırılmış ardıcıllıqla Azəbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında intibah dövrünün təməlini qoyurdu. İllər ötdü, gün gəldi, bu sağlam təməl üzərində müstəqil Azərbaycan dövləti quruldu və yenə onun qüdrətiylə öz müstəqilliyini daimi, əbədi, dönməz etdi. Bu tarixi missiya görünür, onun alın yazısıydı...
   
   "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!"
   
   Heydər Əliyev
   
   
   
   * * *
   
   1979-cu ildə məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə götürdülər. Heydər Əliyevlə ilk görüşüm o zamana təsadüf edir. Yadımdadı, onun kabinetinə daxil olmazdan əvvəl təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərov içəri girəndə ucadan danışmağı mənə tövsiyə etdi. Otağın iki qapısı vardı. İkisindən də keçib, "icazə olar, Heydər Əliyeviç?" deyə müraciət edib, elə qapının ağzındaca yerimdə donub qaldım. O, məni sükutla yuxarıdan aşağı süzüb, "bəs, niyə çığırırsan? Yaxın gəl, əyləş"- dedi. Görünür, həyəcandan səsim lap bərkdən çıxmışdı. zlüyüm-də fikirləşdim ki, yəqin bu imtahandan kəsildim. Yavaşca gedib göstərilən yerdə oturdum. Guman edirdim ki, indi məni sual yağmuru gözləyir. Bu ərəfədə təkrar gözdən keçirdiyim partiya ədəbiyyatını, son qurultay və plenum qəraralarını beynimdə təkrarlayırdım. Görən, ilk soruşacağı nə olacaq? Fəqət, heç bir sual olmadı, özü söhbətə başladı. Sonralar anladım ki, həmin gün o, məndən imtahan götürmürdü, qarşıdakı daha ciddi imtahanlara hazırlayırdı. Atalıq qayğısı, müdrik məsləhətləri, tövsiyələri ilə o, mənim gələcək həyat yolumu cızırdı. Aramla danışırdı, hiss olunurdu ki, gənclik illəriylə bağlı xəyalında xatirələr canlanır: "Sənin atan, ləyaqətli adam olub. Adili orta məktəb illərindən tanıyırdım. Adil, İslam Səfərli, Adil Nəcəfov uşaqlıqdan möhkəm dost idilər. Həmişə bir yerdə olardılar. Babanı "xalq düşməni" kimi güllələyəndən sonra sizin ailə çox əziyyət çəkib. O illər mənim yaxşı xatirimdədir. Əsgərov da bilir (söhbətdə iştirak edən İsmayıl Əsgərovu nəzərdə tuturdu-E.B.) Adil təvazökar insan, gözəl şair idi. "Şair, nə incədir rübabın sənin!" Bunu Səməd Vurğun Adilə yazmışdı".
   
   Söhbətin bu məcrada gedəcəyi yatsam yuxuma girməzdi. Onların bir məktəbdə oxuduqlarını atamdan eşitdişdim. Yaxın ailə dostlarımız şair İslam Səfərli də, filosof Adil Nəcəfov da cavanlıqlarını yada salanda, zəkası və bacarığıyla hələ məktəb illərində yaşıdlarından xeyli fərqlənən Heydər Əliyevlə bağlı xatirələr danışardılar. Ancaq birinci katibin bu barədə söz açması mənim üçün gözlənilməz idi. Əvvəlki təlaşım keçsə də, şəkilləndirə bilmədiyim bir həyəcan içimi bürümüşdü. İnsanşünaslığın böyük mütəxəssisi mənim ifadəmdə bunu hiss etməyə bilməzdi:
   
   - Sənin barəndə məlumatım var - dedi. Komsomol rəhbərlərin təşəbbüskar, işgüzar işçi kimi haqqında danışırlar. Puqaçovla (Mərkəzi Komitənin ikinci katibi) Cahangir Müslümzadənin söhbəti olub. Ziyalılar da sənin yaxşı xarakterizə edir. Deyirlər, yazı-pozun da var. İmran Qasımov səni Kamran Bağırova tərifləyibmiş (Mərkəzi Komitənin ideoloji iş üzrə katibi). Mənə məlumat veriblər. Amma yadında möhkəm saxla ki, partiya işi ilk növbədə ciddilik, xüsusi tələbkarlıq, möhkəm intizam tələb edir. Öz üzərində daim çalışmalısan. Bu işdə heç kimə arxayın olmaq olmaz. Yalnız özünə güvənməlisən. Bil ki, mənim nəzarətimdə olacaqsan. Bu, sənin məsuliyyətini ikiqat artırmalıdır".
   
   İlk görüşım belə həyacanlı, unudulmaz keçdi. İki il Mərkəzi Komitənin mədəniyyət şöbəsində çalışandan sonra Bakı Şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinə müdir təsdiq olundum. Paytaxtda keçirilən mühüm mədəni-kütləvi tədbirlərin, idman yarışlarının, kütləvi xalq şənliklərinin, zəhmətkeşlərin bayram nümayişlərinin hazırlığında yaxından iştirak edirdim. Bu səbəbdən Heydər Əliyevlə görüşmək imkanım daha çox idi. 24 il ərzində onunla hər təmasım haqqında ayrıca danışıla biləcək qədər qeydlərim var. Ulu öndərlə son söhbətim 2003-cü ilin iyul ayında oldu. Onların hamısı barədə indiyədək danışmasam da, hər biri mənim üçün çox əziz və unudulmazdır.
   
   
   
   * * *
   
   1993-cü ilin dekabr ayı idi. Qarşıda gələn yeni ilin ilk ayında Heydər Əliyev müstəqil Azərbaycan respublikasınn prezidenti kimi ilk dəfə Türkiyəyə rəsmi səfər edəcəkdi. O dövrdə Türkiyədə Heydər Əliyev ictimai-siyasi xadim kimi kifayət qədər tanınsa da, barəsində müxtəlif şayiələr, böhtanlar yaymaqda maraqlı qüvvələr də vardı. Bədxahlar onu türkcə danışmağı bacarmayan, xalqdan uzaq düşmüş Moskvanın adamı kimi təqdim edərdilər. Bəzi mətbuat səhifələrində qeyri-obyektiv fikirlər, ifadələr yazılırdı. Rəsmi səfər ərəfəsində Türkiyəin "Kanal-6" Televiziyasının nümayəndəsi kimi, prezidentlə görüşüb ictimaiyyəti maraqlandıran məsələlər barədə müsahibə aldım. Onun dəqiq və əhatəli cavabları bir çox sualları aradan qaldırdı. Bakı-Ceyhan boru xəttinin çəkilməsi ilə bağlı Heydər Əliyev öz mövqeyini birmənalı şəkildə bildirdi. Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişaf perspektivlərini türk xalqına açıqladı. 1994 ilin yanvar ayında, əvvəlcədən nəzərdə tutulduğu kimi, Heydər Əliyev Türkiyəyə rəsmi səfər etdi. Onu müşayiət edən jurnalistlərin sırasında mən də vardım. Bir neçə gündə yanlış fikirlərin, təsəvvürlərin hamısını onun necə alt-üst etdiyinin canlı şahidi oldum. Xüsusilə, Böyük Millət Məclisindəki çıxışı tarixi əhəmiyyət kəsb edirdı. Mİllət vəkilləri gördülər ki, turk dilində səlist danışmağı elə Heydər Əliyevdən öyrənmək lazımdır. Türkçülüyün ən böyük ideya daşıyıcılarından və bu sağlam ideyanı həyata keçırən, ən böyük tarixi simalardan biri Heydər Əliyevin özüdür. Artıq hər kəsin dilində əzbər olan "Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir" kəlamının müəllifi də Heydər Əliyev idi. Bu tarixi deyim iki ölkə arasında indinin özündə də ən möhkəm ideoloji körpüdür.
   
   Heydər Əliyev Türkiyəyə tez-tez səfər edərdi. O, qardaş ölkənin nüfuzlu ali təhsil ocaqlarının fəxri doktoru adına, müxtəlif qurumların, vəqflərin yüksək mükafatlarına, o cümlədən Atatürk mükafatına layiq görülmüşdü. Məhz Heydər Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsində qədim tarixi köklərə malik Azərbaycan Türkiyə münasibətləri ilk dəfə iqtisadi cəhətdən də qırılmaz tellərlə bir-birinə pərçimlənərək yeni inkişaf mərhələsinə yüksəldi. Üç də-niz əfsanəsi onun böyük səyi, siyasi qətiyyəti, dəyişməz mövqeyi sayəsində gerçəkləşdi...
   
   
   
   * * *
   
   Bir çox ölkələrə rəsmi səfərlərində, Zirvə toplantılarında Heydər Əliyevi müşayiət edən media nümayəndələri arasında mən də olmuşam. Amerika, Türkiyə, Belçika, Fransa, İngiltərə, İran, Ukrayna... Diqqətimi çəkən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Rəsmi səfər proqramları həmişə gərgin və yorucu olur. Kənardan baxan obıvatellərə elə gəlir ki, bu, az qala əyləncəli səyahət proqramıdır. Amma işin mahiyyətini və məsuliyyətini anlayanlar yaxşıı bilirlər ki, dövlət başçıları səviyyəsində rəsmi görüşlər çox ağır iş rejimində keçir. Kamera qarşısında gülərüz ifadələr, mehriban əl sıxışması bir protokol göstəricisidir. İkili görüşmələrdə ciddi müzakirələr, mübahisələr, fikir ayrılıqları da olur. Diplomatik dillə desək, "qarşılıqlı dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçən görüşlər" əslində hər dəfə həqiqətən dostluq və qardaşlıqla nəticələnsəydi, dünyanı bu qədər problem bürüməzdi ki. Prezident Heydər Əliyevin xaricə ilk səfərləri zamanı zəif Azərbaycanın real gücü yalnız və yalnız güclü rəhbərində idi. Yada salaq ki, 1993-cü ildə milli gəlirimiz heç bir milyard dollar da deyildi. Məhdud iqtisadi imkanları göz qabağında olan məmləkət danışıqlar masası arxasında özünü heç vaxt rahat hiss etməz. Xüsusən də masanın qarşı tərəfində Amerika, İngiltərə, Fransa, Rusiya, Almaniya kimi qüdrətli dövlətlər təmsil olunanda... Yalnız Heydər Əliyev fenomeni, onun siyasi danışıqlar aparmaq sahəsindəki yüksək məharəti, istədiyi nəticəni ala bilmək qabiliyyəti tərəflər arasında balansı saxlamağa şərait yaradırdı.Hamı ona xüsusi hörmət və rəğbətlə yanaşırdı. Səfər vaxtı mən təkcə reportajlar hazırlamaqla, müsahibələr almaqla kifayətlənməzdim. İmkan daxilində prosesləri izləməyə çalışardım. Bunun özü böyük bir məktəb idi. Heydər Əliyevin boş zamanı olmazdı. Proqram üzrə rəsmi tədbirlər olmayanda belə, onun üçün ayrılan iqamətgah qonaqlı-qaralı olardı. Diaspor üzvlərinin necə təşkilatlanmasıyla daim maraqlanardı. Heydər Əliyev onu müşayiət edən jurnalistləri diqqətdən kənar qoymazdı. Harda qalmağımız, necə qidalanmağımız, hansı nəqliyyat vasitələri ilə təmin olunmağımız onun daim nəzarətindəydi. urnalistləri bir-bır tanıyardı. Bəziləri ilə ayrıca görüşüb fikir mübadiləsi aparardı. Görüşlərdə səmimi şərait yaradardı ki, ona istənilən sualı vermək mümkün olsun. Heç bir sualı cavabsız qoymazdı, adamı özündən qaçırmazdı, əksinə hər kəsi öz sehrinə salardı. Yadımdadı, 1994-cü ildə İngiltərədə Heydər Əliyevdən müsahibə alan yabançı həmkarımla söhbət edirdim. Soruşdum ki, bizim prezident haqqında ilk təəssüratın nədir? Mənə dedi ki,hər şeydən öncə, sizin prezidentin yorulmazlığından yorulduq. Bu insan heç dincəlmir?
   
   Ertəsi gün Heydər Əliyev bir məsələylə əlaqədar məni yanına çağırmışdı. Axşam saat 11 olardı. Mən həm də Tükrkiyənin Kanal-6 televiziyası üçün ondan müsahibə alacaqdım. İlk sualım belə oldu:
   
   - Cənab Prezident, bir neçə gündür ki, İngiltərə səfəriniz davam edir. Çox gərgin və zəngin proqramınız var. Hətta sizin səfəri işıqlandıran ingilis jurnalisti mənimlə söhbətində dünən belə bir ifadə işlətdi ki, biz prezident Heydər Əliyevin yorulmazlığından yorulduq. Yəni gündə 15-16 saat çalışmanız hamıda heyranlıq doğurur. Həqiqətən bu gərgin iş rejimindən yorulmursuz ?
   
   Heydər Əliyev - Yox, mən yorulmuram. Çünki bunlar hamısı müstəqil Azərbaycanın bu günü və gələcəyi naminə görülən işlərdir. Bu işlər adamı yora bilməz. Mənim həyatım Azərbaycan Respublikası ilə, Azərbaycan xalqı ilə bağlıdır. Mən istəyirəm Azərbaycana öz imkanımda olan xidmətlərin hamısını göstərim.
   
   Söhbətimiz yarım saat sürdü. Müxtəlif suallar verdim. Ertəsi gün Heydər Əliyevin İngiltərə səfəri ilə bağlı hazırladığım növbəti reportaj, eləcə də haqqında danışdığım müsahibə Turkiyədə göstərildi. Kanal-6 televiziyası peyk vasitəsiylə yayınlandığından İngiltərə səfərinin maraqlı məqamlarını operativ şəkildə Azər-baycanda da izləmək mümkün olmuşdu.
   
   Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Məgər bu ağ yalan deyil? Ta qədimdən taxt-tac, yüksək vəzifə kürsüsü heç vaxt boş qalmayıb. Amma dünyanın hər yerində, hər dövrdə böyük şəxsiyyət itkisi mənəvi boşluq yaradıb. 2003-cü ildən sonra Heydər Əliyevin böyüklüyünü daha aydın dərk etmişik. Həqiqi liderlik - xalq içində sıradan biri olub, sırada birinci olmaqdır! Sırada birinci durmaq başqa, birinci olmaq başqa. O, dövlətçiliyimizin baş tacı idi. Tac da öz yerini tutanda qiymətlidir. Onu ucaldıb baş tacı edən onun ucaltdığı doğma xalqı idi. Ona görə deyirdi ki, mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam! Ona görə deyərdi ki, mən Azərbaycanda əbədi olacağam! O, öz taleyini özü yaratmışdı, tale yolunun memarı da özüydü. Onu tarixdə əbədi yaşadan ən çətin məqamda xalqın ümid çırağı olmasıdır. Heydər Əliyevin ən uca, ən əzəmətli heykəli də əməlləridir. Bu heykəlin yeri düz müəyyən edilib. Heç bir memar, heç bir heykəltəraş o abidənin ucalacağı yeri bu qədər dəqiqliklə seçə bilməzdi: bu yer nə "Azadlıq" meydanıdır, nə Dağüstü park, nə "Azneft" meydanıdır, nə də Milli park... Bu möhtəşəm abidənin yeri - Azərbaycan xalqının ürəyidir!..


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO