adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Noyabr 2014 15:34
17255
HADİSƏ
A- A+

Ağdamda erməni vertolyotu vuruldu

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun vertolyotunu vurub.

Bu barədə "Qafqazinfo”ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı "Qafqazinfo”ya təsdiqləyiblər. Əlavə məlumat veriləcək.


Vertolyotun vurulma faktını Adalet.az-a Ağdan rayon İcra Hakimiyyətindən təsdiqbləyiblər.
Bildiriblər ki, vertolyot Azərbaycan ərazındə uçuş həyata keçirib . Uçuşun nə məqsədlə həyata keçirildiyi məlum deyil, bunun bir təxribat olduğu qaçılmazdır.