adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Noyabr 2014 18:09
72189
MODA
A- A+

Modelin ekstremal həvəsi ölümlə nəticələndi

Hərəkətdə olan qatarın üstündə tryuk etmək həvəsi Brayan MakKlelen adlı amerikalı modelin ölümünə səbəb olub. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı Brayan tryuk edərkən dəmir yoluna eletrik ötürən xəttə toxunub və nəticədə paltarı alışıb. Hadisə elə sürətlə baş verib ki, model bir göz qırpımında diri-diri yanıb. Ekstremal həvəskarının bədəninin 85 %-i yandığından yerindəcə dünyasını dəyişib. 

Onun yanmış cəsədini fəhlələr aşkarlayıblar.

Qeyd edək ki, Brayan MakKlelen böyük layihələr üzərində çalışırdı. O, məşhur aktyor Hilari Daffla birlikdə teleşouya iştirak etməyi və Pirs Brosnanla filmə çəkilməyi planlaşdırırdı.