adalet.az header logo
  • Bakı 18°C

O, BiZi DüNYAYA TANITDI

61435 | 2007-12-12 04:26
Hər bir insan həyatını bu və ya digər formada qurarkən təbii ki, məxsus olduğu xalqın çalarlarını, xüsusiyyətlərini özündə əks etdirir, yaşadır və bütün həyatı boyu torpağının, xalqının təmsilçisinə çevrilir. O xalq xoşbəxtdir ki, onun bəşəriyyətə təqdim etdiyi övladı ilə öyünə bilir, fəxarət duyur. Bu mənada Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyev cənabları yer kürəsinin hər bir səmtində öz adı, öz xidmətləri ilə bir Azərbaycan təqdim etmiş, bir Azərbaycan tanıtmışdır.
   
   İstər Azərbaycanda hakimiyyət sükanı arxasında olduğu illərdə, istər SSRİ rəhbərliyində çalışdığı zamanlarda iradəsi, qətiyyəti, cəsarəti, prinsipiallığı və bütövlüyü ilə hər kəsə nümunə olan və çözülməsi mümkünsüz sayılan məsələləri təcrübəsi və biliyi, həmçinin, dünyagörüşü ilə həll etmək məharətinə malik olan Ulu Öndərimiz özünün imzasını təkcə Azərbaycan və SSRİ tarixində deyil, həm də dünya tarixində təsdiq etmişdir. Bu elə bir imzadır ki, onunla hər bir Azərbaycan vətəndaşı dünyanın hər bir yerində fəxr edə, öyünə bilər.
   
   Bəzən tarixin müxtəlif zaman kəsikləri müqayisə edilir və həmin zamanların tanınmış şəxsiyyətləri, böyük zəka sahibləri, dövlət xadimləri önə çəkilib nümunə göstərilir. Xalqımızın xoşbəxtliyi ondadır ki, onun böyük oğlu istər dövlət xadimi, istər böyük zəka sahibi, istər böyük şəxsiyyət kimi bütün zamanlar üçün böyük simadır. Biz onun barəsində nə qədər təşəbbüs göstərsək də keçmiş zamanda düşünə bilmirik. Çünki o elə bir şəxsiyyətdir ki, əməlləri, xatirəsi hər gün yaşayır, hər gün bizimlə bir yerdə olur. Bu şəxsiyyət xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. Biz ondan öyrənə-öyrənə müstəqil Azərbaycanı böyük dünyaya, qloballaşan bəşəriyyətə doğru uğurla, ilhamlı bir inamla aparırıq. Çünki bizim qəlbimizdə bir-birimizə mehriban duyğular cücərdən ilhamlı bir öndər sevgisi var. Nə qədər ki, bu sevgi biznəndir, nə qədər ki, Azərbaycan var Ulu Öndərimizin adı, əməlləri həmişə bizimlə olacaq. Çünki o, Azərbaycanın sönməyən günəşi, dünyaya tanıdan Azərbaycan adlı böyük bir vəsiqəsidir.
   
   

TƏQVİM / ARXİV