adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Noyabr 2014 11:04
6206
MƏMLƏKƏT
A- A+

Mirqafar Seyidov şəxsi heyətə təqdim olundu

Bakı şəhər Baş Polis İdarəsinin yeni rəisi, polis general-mayoru Mirqafar Seyidov şəxsi heyətə təqdim olunub.

Adalet.az-ın məlumatına görə, M. Seyidovu şəxsi heyətə daxili işlər naziri, general-polkovnik Ramil Usubov təqdim edib. Nazir paytaxt polisinin yeni rəisinə uğurlar arzulayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.