adalet.az header logo
  • Bakı 11°C

SÖY MƏNi, SEViM SƏNi

OQTAY SALAMOV
24179 | 2007-12-12 03:57
Azərbaycanda söz azadlığı, mətbuatın bugünkü durumu, həbs olunan jurnalistlər ... kimi mövzuların gündəmdə olması ən azından üç məqamdan xəbər verir: 1. Daha ciddi məsələlərdən diqqəti yayındırmaq məqsədilə jurnalistləri öz günlərinə ağlatmaq, başlarını qatmaq niyyəti. 2. Bu məsələnin doğrudan da qarşısında öhdəlik götürdüyümüz təşkilatlar tərəfindən ciddi nəzarətə götürülməsi. 3. Bizim kiminsə qabağında hesabat verməmiz və yarınmamız. Eksperimentlərin ucqarlarda keçirilməsi, bizi zərərli, mübahisəli məsələlərin poliqonuna çevirmək kimi niyyətlər də ola bilər, amma yuxarıdakı üç məqam daha ağlabatandır. Qələm əhlinin mövzunu köhnəlməyə qoymaması da bir növ dediyimə sübutdur.Ola bilsin ki, həmkarlarım mənim mövqeyimlə razılaşmasınlar, əslində gərək diffamasiya haqqında qanunun qəbulunu ən çox bizlər dəstəkləyək; o, bizim işimizi yüngülləşdirər, məsuliyyətimizi nisbətən azaldar, daha doğrusu, tənzimləyər. Amma gəlin əlimizi ürəyimizin üstünə qoyub etiraf eləyək ki, bizə sərf eləməsə də, bəzi şeylərin aydınlaşdırılmasına çox böyük ehtiyac var. Aydınlaşandan sonra baxaq görək diffamasiya qanunu bizə lazımdırmı, əgər lazımdırsa, nə qədər, hansı həddə lazımdır?
   
   Başlayaq elə sözün özündən: bəzən "diffomasiya", bəzən "diffamasiya" kimi yazdıqları bu sözü "qarayaxma" kimi tərcümə eləyiblər. Baxmayaraq ki, bizimkilər də, hətta Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia da qanunda olan (ola bilməz ki, elə ancaq bir tələb qoyulsun) qalan maddələri qoyub bir yana, deyir jurnalist qarayaxmaya görə, böhtana görə həbs olunmamalıdır: "

TƏQVİM / ARXİV