ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
22293 | 2014-11-08 01:57





Gəlmişdim dünyanın dərdini çəkəm,
Çəkməyə o qədər dərd tapıldı kig
Məni tükjə kimi əzib bükməyə-
O qədər dilbilməz mərd tapıldı kig

Sırayla töküldü üstümə dərdlər-
Qılınjlı-qalxanlı qor-qoşun kimi.
Göyün ağırlığı çökdü üstümə-
Çökdü varlığıma qurğuşun kimi.

Dərd başımdan basdı, mən yerə sindim,-
Arı yuvasına əyildim,ana!
Əyilə-əyilə torpağa endim,
Uçuna-uçuna yarpağa, ana!

Dəyişə bilmədim qoja dünyanı,
Dağıyla, düzüylə verib baş-başa,-
Nə mən onun üçün təzə qonağam,
Nə o mənim üçün təzə tamaşag

Avdı Qoşqarın "Anama" adlı bu şeirini on il önjə, "Azərbayjan" curnalında (2004, № 9) oxumuşdum.
Şairlər həmişə, bəlkə bütün ömürləri boyu Dərdlə həmdəm olurlar. Dahi Füzuli deyirdi ki, "Bu dərdlər ki, mənim vardır, bəirin başvna qoysan, Çıxar kafər jəhənnəmdən, gülər əhli-əzab oynar". Şairlər də əslində, dünya dərdlərinin tərjümanıdırlar. Təbii ki, Dərd deyəndə, sızıltı, ağlamaq, hönkürmək yada düşməməlidir. Dərd insana ona görə verilir ki, o, həyatın, gözəlliyin qədrini bilsin və bu dərdləri dəf edə bilsin. Avdı Qoşqar da bu dərdlər içindədir və onun şeirlərində də dərdlər sıralanır. Amma daxilən nikbin olan şair üçün bu dərdlər dərmansız deyil, həyat yaşamaq gözəlliyi ilə mənalıdır.
Avdının "Daş tərəzi" adlı yeni şeirlər kitabının da əsas qəhrəmanı mən deyərdim, Dərddir. Bu dərdlərin timsalında bir şair qəlbinin çırpıntılarını, ürəyin təlatümlərini eşidirik. Müasirimiz olan bir insanın həyat, yaşamaq, Vətən, Torpaq, sevgi haqqında düşünjələri ilə tanış oluruq. Yox, biz bu yazılanlara "kədərli şeir" demirik, sadəjə, bir şair içinə yığılan dərdləri bizə açır, sanki yüngülləşir.

Yaşamaq nə ağır sınağa dönüb,
Sınana-sınana döz, atam-anam.
Fələyin səbirli bəndələriyik,
Hər şeyə dözürük, biz atam-anam!

Dünyanın sahibsiz sükanları var,
Nazlı qızılgülü, tikanları var,
Şeytanlara papış tikənləri var,
Düzlərdə qalıbdı, düz atam-anam!

Neçə payız ötüb, neçə qış qalıb,
Ortada nisgilli xan Araz qalıb,
Sona yetişirik, sona az qalıb-
Qırıla-qırıla, döz, atam-anam!

Dünyamız elə bu təzadlarla, iki sahilli xan Arazlarla, şeytanlara papış tikənlərlə dolu deyilmi? Bir tərəfdən tikanlar, bir tərəfdən qızılgüllər. Hələ də əyrilər düzü əyir. "Daş tərəzi" şeiri Avdının kitabdakı şeirləri üçün bir meyar rolunu oynayır. Doğrudanmı "əyilib ölçüsü daş tərəzinin" . Hər halda, danmaq olmaz bu həqiqətləri. Amma bir həqiqət də var ki, "gedən yaşdı, ömürdügfəqət, qalan sevgilər". "Qalan bir ilahi eşq, bir də yurddu, vətəndi".
Avdı Qoşqar poetik ümumiləşdirmələri sevir və əgər o, dərddən yazırsa, öz şəxsi, subyektiv ağrılarından daha çox insanlığın, konkret olaraq bizlərin dərdini qələmə alır.Şeirlərinə fəlsəfi notlar da qatır.Bu tipli şeirlərdə sual sual ardınja gəlir və o suallar da javabsız qalmır. Deyir ki:

İnsanı uçurub,-
qurmaq nə çətin,
Başı nejə kəsib,
jalaq edəsən?!
Nejə dəyişəsən,
gedilən yolu7!
Gördüyüm insandı,
min ildən bəri-
Şəhvətin, sevginin,
istəyin qulu.

Avdı sevgi şeirləri də yazır və bu sevgi şeirləri payız lirikası təsiri bağışlayır. Ömrün elə bir vədəsi gəlir ki, insan ilk sevgisini ya da qəlbində həmişəlik yaşayan bir məhəbbət xatirəsini yada salır, o ilkin duyğularla qızınır. Avdı on il əvvəl yazdığı bir şeirdə deyirdi ki: "Mən-sevgi dəlisi, mən-od möhtajı, özümə qayıdır sevgim, ilhamım". Elə o illərdə yazdığı başqa bir sevgi şeirində də deyirdi ki: "dünyanın üstündən keçib gəlirmiş, Dirilik suyunu içib gəlirmiş, Kədəri ömrümdən biçib gəlirmiş, Bir gözəl gəlirmiş ömrümə demə".

Bu yaşda ürəyim sənə uçunur,
Uçunur bir doğma yuva üstünə.
Simurq qanadına qonub gələrəm-
Gələrəm, isinim sənin istinə.
Nejə çəkdin məni, nejə istinə?!
Ömrün bu sinnində, bu vədəsində.
Qaçıram, qaçıram sənin istinə,
Sən demə, hər yaşda məhəbbət olar,
Dilini, sirrini duyan gərəkmiş.
Qara, çopur daşda məhəbbət olar-
Təki göyərdəni çıxa rastına.
Niyə göyərdirsən ağ saçlarımı?!
Niyə göyərdirsən payız ürəyi?!

Hisslər səmimidir. Sevgidə yalan danışmaq olmaz və yalan deyilirsə, o an hiss olunur. Avdının şeirlərində bu mənada yalanlara yer yoxdu.
O, dünyaya göz açdığı Vətənini sevir və bu sevgi ritorika, yalançı pafosla ifadə olunmur. "Mənim taleyimə yazılan Vətən, Qaraja daşını öpdüyüm torpaq". Vətənin hüdudları, sərhədləri təkjə yaşadığımız Azərbayjan deyil, həm də mənəvi Azərbayjandır, daha geniş mənada böyük Türk dünyasıdır. "Yenisey şeirləri" bu fikrin ən bariz ifadəsidir: "Bu yovşanlı, bu göy tala, Ruhum qopub burda qala, Köç havalı uzaqlara Qanın qovuşan yeridir. Suları var qırçın-qırçın, Sahilləri nanə, darçın, Bu Yenisey ağ göyərçin- Köksündəki qan yeridir!". Şair dostu Səməd Qaraçöpə həsr etdiyi "Borçalıda bulud gördüm" şeirində də eyni doğma hisslər diqqəti jəlb edir.
Kitabda Avdı Qoşqarın mərhum şair dostu Sabir Adilə həsr olunan beş şeiri ilə qarşılaşdıq.
Sabir Adil tez köçdü dünyadan, amma bir şair ömrü yaşadı. Sərbəst şeirin gözəl nümunələrini yaradırdı. Və şeirlərində fikrini sərbəst, açıq şəkildə, hamının ürəyindən xəbər verirmiş kimi ifadə edirdi. Müjərrədliyə qətiyyən meyl eləmirdi. Bu yazıda mən onun bir şeirindən əzbər bildiyim bir parçanı təqdim eləməsəm, yəqin Avdı Qoşqar da injiyər:

İyirmi ilə yaxındı
Sənə sarı jan atıram
İyirmi ilə yaxındı
Məndən niyə qaçırsan
Bakı şəhəri?
Bir səndən doymadım
doyanlara yuva qurdun.
Günahım nəydi ki,
balaja komanı
da qıymadın mənə.
İyirmi ilə yaxındı
Sənə sarı jan atıram
Bezib durdum Sumqayıtda
Sən nejə
Dayanmısan, yoxsa qaçırsan?

Sabir Adilə həsr olunan şeirlərdə onun ŞAİR OBRAZI yaradılır və nakam bir ömürə təəssüf nidaları duyulur bu şeirlərdə. Birinji şeirdə Avdının Sabir Adilin oğlu Alpayla görüşündən doğan təəssürat ifadə olunur. "Alpay evlənib bir oğul nəvən şam yandırır ruhuna, Alpayın üzünə, boynuna Yoxluğun yazılıb, Sabir Adil, Bunu gözündən oxudum Alpayın".İkinji, üçünjü şeirlərdə də o yoxluğun-Sabir Adilsizliyin nigarançılığı duyulur. Sabirin ölümündən sonra hər şey yerindədir: ev-eşik, divarda qara haşiyəli şəkli, amma Sabir Adil yoxdu. Dördünjü şeirdə iki şair taleyi arasında (biri sağ, biri dünyadan köçən) bir bənzəyiş, bir oxşarlıq nəzərə çarpdırılır:

Nə əhdi-peyman bağlayıb,
nə söylədik qardaş olaq!
Tale bizi birləşdirdi-
bu yollara sirdaş olaq!
Keçdik ağrıdan-ajıdan,
Qan ujlu üzlükdən keçdik.
Dərd fışqıran ürəklərdən,
Qan udan düzlükdən keçdik.
Haqq qapısı hörüklənib-
bağlı qaldı üzümüzə.
Qışqıra-qışqıra qaldıq-
Qapıların bu yanında.
Saçdan asdılar jəlladlar-
Ruhumuzun doğum anında.

Avdı Qoşqar indi yaşının altmışına doğru irəliləyir və dörd ildən sonra o yaşa gəlib çatajaq. Deməli, şair ömrünün müdriklik dövrü yaxınlaşır. Ona görə də özünü daha kamil şair kimi təsdiq etmək üçün poetik istedadına sadiq qalmalıdır. O poetik istedad ki, Allah vergisidir və onu daim jilalamalı, durultmalısan. Mənim haqqında danışdığım "Daş tərəzi" kitabındakı şeirlər içərisində təəssüf ki, ortababları da var və Avdı hisslərini, duyğularını şeirə çevirərkən ən yaxşı şeirlərini göz önünə gətirməlidir. Bir az da dünyamızın təkjə kədər gətirən, ürəkdə ağrı yaradan dərdlərindən, göynəklərindən yayınmalıdır. Axı, dünyanın rəngləri təkjə Ağrı və Dərd üstündə köklənə bilməz. Doğrudur, bunlar da önjə dediyim kimi təbii yaşantılardır. Amma başqa rənglər də var. Qürur rəngi, sevinj rəngi, nikbinlik rəngi, həyatın gözəlliklərinin min bir çaları.
Avdı Qoşqar, sənə uğurlar diləyirəm bu yolda!


TƏQVİM / ARXİV