DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ MÜXALİFƏT OLMUR

AQİL ABBAS
98886 | 2014-11-07 14:46

Son günlərDaxili İşlər Nazirliyindəki kadr dəyişikliklərinə müxalif mətbuatda siyasi dongeyindirməyə çalışırlar, demək olar ki, hər gün təkrar-təkrar bu mövzuyaqayıdırlar: «DİN daxilindəki müxalifətitəmizləyir», «Ramil Usubov öz komandasını yığır», «DİN-dəki kadr dəyişikliyihansı məqsədi daşıyır», «Rafiq Abbasov niyə işdən çıxarıldı?», «MirqafarSeyidov niyə Bakı şəhər Baş Polis İdarəsinə təyin edildi?», «Ramil UsubovVilayət Eyvazovun yolunu təmizləyir» və sair və ilaxır.

Əvvəla, onagələk ki, Daxili İşlər Nazirliyində müxalifət ola bilməz. Nəinki Daxili İşlər Nazirliyində heç bir hərbi strukturda müxalifət olabilməz. Bütün güc strukturları Ali BaşKomandana tabedir və hər bir gücstrukturları da Ali Baş Komandanın təyin etdiyi nazirlərə tabedir. Bəli,hər bir güc strukturunun kollegiyası var və bir çox məsələlər təbii ki,kollegiyada müzakirə olunur. Kollegiyada təbii ki, müzakirələr aparılır,müvafiq qərar qəbul edilir. Qəbul olunmuş qərar icra olunmalıdır.

Ümumiyyətlə, güc strukturlarında hamı əmrə tabedir və buəmr sözsüz yerinə yetirilməlidir. Əgər əmrlə razı deyilsənsə, mütləq əmriyerinə yetirməlisən və ondan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydadayuxarı instansiyalara müraciət edə bilərsən.

Yazırlar ki,Əsgər Ələkbərov və Rafiq Abbasov guya müxalifət imiş. Əvvəla, Əsgər Ələkbərovcənab Ramil Usubov nazir təyin edildikdən sonra nazirliyə yüksək vəzifəyəgətirilib və 20 il də bir yerdə çalışıblar.Yəni Əsgər Ələkbərov cənab Ramil Usubovun komandasının üzvü olmasaydı 20il DİN-də ən yüksək vəzifələrdən birini tuta bilməzdi. İkincisi, RafiqAbbasovun da bütün vəzifələrinin və rütbələrinin artması ilə bağlı əmrininaltında cənab nazirin imzası var. Və bu gün dəo, layiqli bir kadr kimi DİN-də ən yüksək vəzifələrdən birinə təyin edilib.Mirqafar Seyidovun Bakı Baş Polis İdarəsinə rəis təyin edilməsində də nə isə axtarmaq lazım deyil. Bu şəxs uzun illərdir ki, Daxili İşlərNazirliyinin çox mühüm bir idarəsinərəhbərlik edirdi: Baş Mütəşəkkil Cinayətkarlığa və Terrorizmə Qarşı Mübarizəİdarəsinə. Ölkəmizdə terrorizmin demək olar ki, birdəfəlik qarşısının alınmasında və neçə-neçəmütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində bu idarənin əvəzsizxidmətləri var və M.Seyidovun Baş Polis İdarəsinə rəis təyin edilməsində nəsəbir məna axtarmaq elə mənasız bir məna axtarmaqdan başqa bir şey deyil.

VilayətEyvazov gənc, öz vəzifəsininöhdəsindən layiqincə gələn, dövlətçiliyəvə Möhtərəm Prezidentə sədaqətli birkadrdır. Və onun yoluna da heç nə olmayıb ki, kimsə onun yolunu təmizləsin.

Görünür, bugün ölkədəki əmin-amanlıq, DİN-in öz vəzifəsini yüksək səviyyədə yerinəyetirməsi məlum kəsimi, «ərəb baharı»arzulayanları narahat edir. Ona görə də həm Daxili İşlər Nazirliyindəki kadrdəyişikliklərinə siyasi don geyindirib müzakirə edir, həm də yeri gəldi-gəlmədipolisi nüfuzdan salmağa çalışırlar. Nədənsə bu ölkədə əmin-amanlıqlayaşadıqlarına görə, Azərbaycan Polisinə minnətdar olmalarını unudurlar.


TƏQVİM / ARXİV