adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KOROğLUNUN GORUS SƏFƏRi

VAHİD ƏLİFOĞLU
24617 | 2007-12-08 02:50
Bu yazı "Koroğlu" dastanına parodiyadı. Ədəbiyyat, incəsənət aləmində hansısa əsərə parodiya yazmaq bütün dünyada normal hal sayılır. Bir də ki, dastanın məzmununda aşkar etdiyim bir neçə "əmma"nın da səbəbi az deyil.
   
   1. Koroğlu sonsuzdu. Biz isə özümüzü onun nəvələri hesab edirik.
   
   2. Koroğlunun səfəri yalnız türklər, müsəlmanlar yaşayan ərazilərədi.
   
   3. Koroğlu indiyə qədər bizə az qala milli düşmən kimi təbliğ olunmuş, əslində millətin ziyalısı, arxası olan bəylərə, xanlara qarşı vuruşub. Bu üç "əmma" mənim şəxsi qənaətlərimdi və hər üç "əmmanın" qarşısına bir dənə yekə "Niyə" sualı qoyub keçirəm əsas məsələyə.
   
   ... Koroğlu əyləşmişdi Çənlibelin güneyindəki tək qayanın üstündə. Baxırdı yola. Sir-sifətindən hiss olunurdu ki, bərk dilxordu. Bığının uclarını ara vermədən çeynəyirdi. Hardansa xatırladı ki, keçən həftə dəllək Səfəralı ona məsləhət görmüşdü ki, mümkün qədər bığının uclarını az çeynəsin. Çünki son vaxtlar bığın ucları qırılıb gödəlmişdi, tay qulqlarına çatmırdı. Koroğlu bığının uclarını dişlərinin arasında azad etdi. Əlini pencəyinin yan cibinə salıb "Dirol" saqqızı və "Nokia" telefonunu çıxardı. Saqqızın kağızını soyub atdı ağzına və telefonda Dəli Həsənin artıq bu gün neçənci dəfə nömrəsini yığdı. Telefonda incə qız səsi cavab verdi:
   
   - Aradığınız şəxs ya telefonu söndürüb, ya da əhatə dairəsindən kənardadı. Telefonu qapayıb qoydu cibinə.
   
   ... Üç gündən sonra Eyvazın toyu olmalıydı. Artıq dəvətnamələr də paylanmışdı. İki gün idi ki, Dəli Həsəni dəstəsi ilə göndərmişdi

TƏQVİM / ARXİV