adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Noyabr 2014 17:49
26197
AVTOMABİL
A- A+

Uçan avtomobil təqdim edildi

Vyanada texnoloji innovasiyalara həsr olunan "Pioneers Festival" tədbirində AeroMobil 3.0 Flying Car avtomobilinin nümayişi baş tutub. Adalet.az-ın buro247.az saytına istinadən verdiyi məlumata görə, bunun növbəti konsept deyil, həqiqətən uçan avtomobil olduğuna effektli rəsmi treylerə baxaraq, əmin olmaq olar.

Aeromobil slovak şirkətinin ustaları öz məhsullarını güclü sürət göstəriciləri ilə təchiz ediblər: maşın yerdə 160 km/saat, göydə isə 200 km/saat sürəti yığa bilir. Avtomobilin sürət yığaraq havaya qalxması üçün sadəcə, 50 metr kifayətdir. Maşın nisbətən kompakt ölçülərə sahibdir. Uçan avtomobil yaxın zamanlarda açıq satışda olmasa da, perspektivdə bu avtomobili əldə etmək var.