adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

QARAVƏLLi - 5

OQTAY SALAMOV
27877 | 2007-12-08 02:49
Bir oxucu zəng eləyib irad bildirdi ki, düz dördüncü dəfədir yazıma qoyduğum bu başlıq qətiyyən onun xoşuna gəlmir. İzah etməyə çalışdım ki, bu, lətifə, zarafat kimi bir janrdır, xalq yaradıcılığının məhsuludur, ötür-ötür oyunudur, nəhayət, mənim müraciət etdiyim mənada sarsaq, məntiqdən uzaq xəbərlərə münasibət formasıdır. Bir az yumşalıb dedi ki, onda yazının başlığını "Sarsaq xəbər" qoy. Başa saldım ki, məni tutarlar, döyərlər, müdiriyyət qonorarımı kəsər, qeyri-ciddi adam kimi tanınaram, elə oxucular da inciyər ki, sarsaq xəbəri bizə niyə sırıyırsan... Razılaşdı. Dedi, sən başlığı nə qoyursan qoy, mən belə yazını "Sarsaq xəbər" kimi oxuyacam. Mən də razılaşdım.Bakının Yasamal rayonunda küçəsi, evi, mənzili bəlli ünvanda adı-soyadı bəlli bir ali təhsilli xanım polis idarəsinə şikayət eləyib ki, bəs evimə maskalı biri basqın eləyib, məni hədələyərək 6 min dollar pulumuzu aparıb. Araşdırmalardan sonra məlum olub ki, qadın bu pula öz qohumu falçıdan güclü təsir etməli olan dualar alıb. Bilmirəm, dualar heç təsir etməyib, yoxsa o qiymətlik təsir elməyib, xanım ərinin qorxusundan polisə yalançı şikayət edib.

TƏQVİM / ARXİV