adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GüLüN ƏTRi

19672 | 2007-12-08 02:48
Az yazıçı və az oxucu tapılar ki, XIX əsr rus ədəbiyyatından təsirlənməsin. Həm yazıçı kimi, həm də oxucu kimi. Bu nəhəng ədəbiyyata məxsus saysız-hesabsız dünya mədəniyyətinin incisi sayılacaq bədii əsərlərin əksəriyyəti bizim dilə də tərcümə olunub. Bizdə də vaxtaşırı bu əsərlər, onların müəllifləri haqda filoloji baxımdan əhəmiyyətli olan tədqiqat əsərləri meydana çıxıb. Əgər rus keçmişimiz olmasaydı belə, yenə də bu ədəbiyyatı öyrənəcəkdik. Dünyanın digər mədəni xalqlarından yəqin ki, bu mənada fərqlənməyəcəkdik. Hər halda mən istəyərdim ki, belə olsun. Rus ədəbiyyatı maraqlı əsərlərlə zəngin olduğu kimi, o dövrün ədəbi mühitinə aid olan son dərəcə maraqlı hadisələrlə də həmişə diqqəti cəlb edib. Onlardan birini xatırlamaq istərdim. Bir dəfə Lev Tolstoy Yasnaya Polyanadakı mülkünə, bizdə deyildiyi kimi ağalığına yığışan yazıçı dostları üçün təzəcə yazdığı kiçik hekayəni ucadan oxuyur.
   
   Hekayədə hadisələr hardasa Orta Asiyada baş verir. Bir nəfər qərib şəxs, çox güman ki, milliyyətcə rus olan adam müdrik şərq qocalarından torpaq sahəsi istəyir. "Sənə nə qədər torpaq lazımdır?" - deyə qocalar ondan soruşurlar. Rus çox torpaq istəyir. Hamısını əkib-becərmək arzusunda olduğunu bildirir. Qocaların bu sözdən xoşu gəlmir. Odur ki, o binəvanı dəhşətli sınağa çəkirlər. "Sən qaç, nə qədər qaçsan, həmin torpaq da sənin olacaq, halalca ərazin kimi işlədə bilərsən." Torpaq istəyən bundan sevincək olub başlayır qaçmağa. Orta Asiyanın qızmar günəşi altında nə qədər bacarırsa qaçır, tərləyib əynindən pencəyini, köynəyini çıxarır, yenə qaçır, nəhayət yorulub əldən düşür, yerə yıxılır. Bax beləcə, əhdi kəsilmiş halda uzanıb yorğun gözləri ilə irəliyə baxır. Qaçıb qət elədiyi sahəyə yox, irəliyə baxır, hələ nə qədər əlavə olaraq qazana biləcəyi torpaqlar barədə düşünür. Yenə tamah ona güc gəlir, güclə də olsa ayağa qalxıb qaçmağa davam edir. O qədər qaçır ki, axırda ürəyi partlayır, yıxılıb ölür.

TƏQVİM / ARXİV