ANA SƏHİFƏ / YAZARLAR

O BİR ŞAHZADƏMİ, BAŞINDA TACI?..

32575    |   2014-11-04 02:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Sabahın xeyr, gözəl şəhərim, doğma elim! Salam olsun, qarşı dağlarına, xan çinarlarına! Salam olsun, zəhmətkeş, müdrik insanlarına! Salam olsun, Rəsul Rzanın, Əli Kərimin... ruhu dolaşan göylərinə!
Orada - ucalıqlarda Sənin şanlı keçmişin, ağayana duruşun bu Vətənə həmişə bir Göyçay nağılının şirinliyini bəxş etməkdədir.
Noyabr səhəridir. Belə də payızmı olar? Nə olsun hava bir az soyuq, göylər bir az qaşqabaqlıdır. Bu gün Sənin küçə və meydanların, park və bağların başdan-başa baharı, bəlkə də may güllərini xatırladır. Hər tərəf yamyaşıl, al-əlvan...
Bax, günəş də özünü göstərdi, Səni, bayramını salamladı, gözəl şəhərim!
Sevgili Göyçayım, ağlım kəsəndən mən Sənin aşiqin olmuşam, pisinlə-yaxşınla, kədərinlə-sevincinlə, nəyin varsa - hər şeyinlə Səni dəlicəsinə sevmişəm. İndi Sənə bir daha vuruldum, şəhərim! Unutdum ağrı-acılarımı, unutdum bütün kötülükləri, Sənin bir ağac budağına, bir ovuc torpağına, bir toz dənəciyinə çevrildim - büstbütün Sənin oldum. Sən bir övliya kimi, bir ruh kimi nur saçırsan, şəhərim!
...Bağışla şəhərim, adına layiq böyük işlər görə bilmədiyimə görə bağışla məni! Mən başqalarının əvəzinə də özümü Sənə borclu sayıram. Nurlu sabahlarına, Xan çinarlarına, telli qovaqlarına, torpağına-daşına bağışla məni!
Qəlbimin döyüntüsünü eşidirsənmi, doğma şəhər, Ana torpaq!
...Bu gözəl bayrama qovuşub, bu gözəl anların sevincini yaşayıb günün nə vaxt bitdiyini də hiss etmirsən. Ancaq sən istədin-istəmədin hər şeyin bir sonu, duracağı var. Təkcə xatirələrdən başqa... Bəlkə də bəşəriyyətin kinematoqraf, televiziya, internet ixtiraları elə insan təfəkkürünün bu nöqtəsindən başlayıb. Çünki mən indi rahatca, heç bir videoreportaja, sənədli filmə, digər görüntülərə baxmadan xəyallarımla da ötüb keçən o gözəl günləri xatırlayıram, o illərə qayıda bilirəm. Nə vaxtsa, mən bütün bunların da bir az uzaqlığından, tər-təmiz yaşantılarından, nələrdən qaynaqlanıb, nələrdən güc almasından da söhbət açacağam, Nailə xanım! Bu gün Sizinlə birlikdə şəhərimizin bayram büsatına baxıb duyğulanan zaman bu nostaljinin qərib sirlərini Sizə də pıçıldamağa macal tapdım, elə deyilmi? Ya bəlkə də...
Sağlıq olsun, uzun illərin dostu, sirdaşı, sağlıq olsun, bizim hələ çox söhbətlərimiz olacaq.
...Göyçayda nar bayramı hər il elə beləcə möhtəşəm və unudulmaz anlarla davam edib. Meyvələr şahının vətəni hər dəfə beləcə dadlı sevincələrə qovuşub, şirin nəğmələrə tutulub.
Yüzlərlə qonaq, minlərlə iştirakçı, tamaşaçı... Nar bayramları narı Göyçayın simvolik anlamından da yüksəkliyə qaldırdı, şöhrətləndirdi. Nar bu yurd üçün sanki özünəməxsus ruhundan da ayrılıb daha geniş, daha əzəmətli məna daşıdı. Bu bayram artıq 9 ildir ki, az qala bütün respublikanı bir yerə toplayaraq ölkədə aparılan quruculuq işlərinin, sosial-iqtisadi inkişafın sevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik, yüksəliş bayramı kimi də yaddaşlara köçür. Bütün bunlar Dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurlu həllinin, sosial-iqtisadi yüksəlişin və başqa fərəhli amillərin göstəricisidir. Yəni bu bayramlar, bu şənliklər Göyçayın halal haqqıdır.
...Şəhər əhalisi, rayonun yaxın-uzaq kəndlərindən gələn dəstə-dəstə insanlar Göyçayı dünyada məşhurlaşdıran bu möcüzə meyvənin şəninə, şöhrətinə üz tutublar. Addımbaşı qələbəlikdir. Saat 12-dən başlayaraq paytaxtdan və digər şəhər və rayonlardan dəvət olunmuş qonaqlar Heydər Əliyev prospektində açılan geniş meydana daxil olurlar. Ölkəmizdə fəaliyyət göstərən elçiliklərin xeyli sayda səfirləri və məsul əməkdaşları, millət vəkilləri, nazirliklərin nümayəndələri, eyni zamanda xarici ölkə vətəndaşları Göyçayda keçirilən bu möhtəşəm bayrama, festivala qonaq gəliblər. Məktəblilər qonaqları Azərbaycan, rus və ingilis dillərində salamlayırlar. Onlar şeirlər söyləyir, nəğmələr oxuyurlar.
Milli paltarlar geyinmiş oğlan və qızlar qonaqlara nar şirəsi və nar məhsulları təqdim edirlər.
Eyni vaxtda proqrama uyğun müxtəlif tədbirlər bir-birini əvəz edir. "Göyçay" mahnısının sədaları ətrafa yayılır.
Nar çiçəyi rəngində paltar geyinmiş "Şahzadə Nar" ətrafındakı qızlarla "Çayka" maşınında meydana daxil olur.
Meydanın ortasında qurulmuş böyük nar maketi açılır və içəridən çıxan nar paltarı geyinmiş uşaqlar rəqs edirlər.
"Şahzadə Nar" bayram iştirakçılarını salamlayır: "Salam Azərbaycan! Salam Göyçay! Nar bayramının əziz və hörmətli iştirakçıları, möhtərəm qonaqlar! Yüz illər boyu günəşin sehirli bir parçası olan narı yadigar bir sərvət kimi qoruyan və nəsillərə ərməğan edən çinarlı-narlı Göyçaya xoş gəlmişsiniz! Sizlərə can sağlığı və xoşbəxtlik arzulayıram!..
Musiqi kollektivlərinin, idmançıların çıxışları bir-birini əvəz edir. Nar masalarına, "Yaşar kitab" sərgisinə, digər guşələrə tamaşaçı marağı böyükdür.
Heydər Əliyev Mərkəzinin qarşısındakı böyük meydan daha əzəmətli görünür. Hər tərəf gül-çiçəklə, bayraqlarla, şüarla və plokatlarla bəzədilib. Meydanın ortasında iri bir nar piramidası qurulub. Burada zövqlə hazırlanan səhnənin ətrafı da gül-çiçəklə bəzədilib.
Qonaqlar Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub ulu Öndərə ehtiramlarını bildirirlər.
"Nar bayramı" festivalının rəsmi açılış mərasimini Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov iştirakçıları salamlamaqla elan edir. O, rayonun sosial-iqtisadi və mədəni yüksəlişinə xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına göyçaylıların dərin minnətdar olduğunu bildirir.
Qonaqlar da çıxış edib göyçaylıları bayram münasibətiylə təbrik edir, onlara can sağlığı, yeni zəfərlər və şənliklər arzulayırlar.
Bayram tədbirləri davam edir. Aş, nardança, kətə, yuxa, narşərab, nar şirəsi hazırlanır. Qonaqların ənənəvi rəmzi nar ağacı əkməsi, folklor nümunələri, sərgilərə baxış... Bayram tədbirləri o qədər çox, o qədər rəngarəngdir ki, məsələn, eyni adamın bütün bunların hamısında iştirakı mümkün də deyil. Heç bu bayram təntənəsini bütünlüklə yazıb oxucuları tam məlumatlandırmaq da asan məsələ deyil. Ən azından qəzet səhifələri baxımından.
Nar sıxmaq, nar yemək, tez və gözəl formada nar kəsmək, ən iri narı müəyyənləşdirmək, digər yarışlar və eləcə də teatrlaşdırılmış folklor nümunələri, qaliblərin mükafatlandırılması... Bütün bunları televiziya kanalları da lentə alır və geniş proqramlı verilişlər hazırlanır. Əlbəttə ki, baxarsınız... Eləcə incəsənət ustalarının yekun konsertinə də...



YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK