Öncə deyim ki, bu mənim şəxsi fikrimdi. Yəni səlahiyyəti yetərincə olmayan, işlək mexanizmləri nəzərə çarpmayan elə təşkilatlar var ki, onların gündə mətbuat səhifəsində özünün varlığını nümayiş etdirmək üçün pafoslu açıqlamalar verməsi, guya sərt mesajlarla özünü işgüzar kimi göstərməsi əslində gündəmdə qalmaqdan başqa bir şey deyil. Bu mənada istər qeyri-hökumət təşkilatları olsun, istər hökumət təşkilatları. Bax, loru dildə desək, əlindən bir iş gəlməyən təşkilatın, eləcə də onun rəhbərinin palaz-palaz müsahibələr verib, jurnalistlər dəvət edib, tay nələr düzənləməsi, vallah-billah, elə bir növü şoudu ki, var. Mən bunun başqa bir adını bilmirəm. Bilənlər varsa imkan daxilində mənə də bir xəbər göndərsinlər. Çünki mənim anlamıma görə həmin əlindən bir iş gəlməyən təşkilatlar elə portfelsiz nazir kimi bir şeydir. Olsa-olsa katibəsidi, telefonudu, bir də aldığı qrantı. Sağ canla işlətsin...