adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Noyabr 2014 16:08
3439
MƏMLƏKƏT
A- A+

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə

Ədliyyə Nazirliyinin yeni nəsil kadrlarla komplektləşdirilməsi məqsədilə cari ilin sentyabr ayının 17-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Bu barədə Adalet.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilir.

Əlavə məlumatı nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına kömək məqsədilə noyabrın 3-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edir.

Kursda iştirak etmək istəyən namizədlər Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.