adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Noyabr 2014 14:42
3336
GÜNDƏM
A- A+

13 yaşlı oğlan polisi ayağa qaldırdı

Oktyabrın 31-də saat 11.37 radələrində Bakıda yerləşən "Sazz” internet şirkətinə partlayıcı qoyulması barədə məlumat daxil olub. Adalet.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdən DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin "İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə müraciət edilib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.