adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2014 14:39
5697
DÜNYA
A- A+

Türkiyədə daha bir mədən qəzası - Video

Türkiyədə mədənlərdən birində növbəti qəza hadisəsi olub.

Adalet.az xəbər verir ki, qəza Bartının Amsar bölgəsində qeydə alınıb.

Nəticədə 3 çinli işçi dağıntılar altında qalıb. Sonradan onların 2-si qurtarılsa da 1-nin qurtarılması üçün xilasetmə tədbirləri davam etdirilir.

Hadisə Türkiyə vaxtı ilə səhər saat 5:30-da baş verib. Qəzanın yerin 300 metr dərinliyində baş verdiyi deyilir.

Yaralı işçilərin Bartın xəstəxanasına çatdırıldığı bildirilir. Həkimlər qurtarılan hər iki çinlinin vəziyyətinin normal olduğunu vurğulayıb.