adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Noyabr 2014 12:47
7694
GÜNDƏM
A- A+

Daxili işlər nazirinin yeni müavini təyin edilib

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən R.Usubovun müavini idi.