BMT-dən İŞİD açıqlaması - Video
Təhlükəsizlik Şurası İŞİD və digər radikal terror təşkilatlarının tərkibində döyüşən silahlıların sayını açıqlayıb. ApaTV-nin məlumatına görə, Suriya və İraqda dünyanın 80 ölkəsindən 15 min nəfərin qeyri-qanuni birləşmələrin tərkibində döyüşdüyü bildirilir. Ekstremist qruplaşmalara qoşulan əcnəbilər arasında "Əl-Qaida” ilə heç zaman problemi olmayan Çili, Norveç və Maldiv Respublikasının da vətəndaşları var. Böyük Britaniya, Fransa və Rusiyadan olan terrorçular isə konkret qruplaşmanın tərkibində döyüşürlər.
BMT-nin hesabatında göstərilir ki, "Əl-Qaida" terror təşkilatının fəaliyyətinin zəifləməsi İŞİD kimi daha güclü terror təşkilatlarının yaranmasına yol açıb. Hesabat müəlliflərinin fikrincə, bu qruplaşma üçün başqa ölkələrdə terror aktları törətmək prioritet deyil. Lakin İraq və Suriyadakı döyüşlərdə iştirak edən təşkilat üzvləri öz ölkələrinə qayıdarsa, bir çox ölkələr bu kimi terror hadisələri ilə üzləşə bilərlər.
Son məlumatlara görə, terrorçuların əsas gəlir mənbəyi neft gəlirləridir. Suriya və İraqda qanunsuz neft satışından gündə 1 milyon dollar qazanan İŞİD və digər terrorçu qruplaşmalar İraq və Suriyada 5-6 milyon insanın yaşadığı ərazilərə tam nəzarət edirlər.
Digər Xəbərlər
18 Aprel 2024 18:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43İran əməliyyatdan 72 saat əvvəl Bakıya məlumat verib - Nazir AÇIQLADI
18 Aprel 2024 15:20