adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Oktyabr 2014 18:35
8347
MARAQLI
A- A+

Zombiyə çevrilən “Suares” ingilisləri qorxutdu - Video

İspaniyanın "Barselona” klubunun ulduz futbolçusu Luis Suaresin formasını geyinən bir nəfər London küçələrində insanları qorxuya salıb.

AzNews.az xəbər verir ki, hadisə "Halloween” bayramında baş tutub. Luis Suarezin maskasını və idman maykasını geyinən bir nəfər küçədən keçən insanların üstünə qaçaraq onları qorxudub.

Bu görüntüləri ingilis telekanalların biri gizli kamera ilə çəkib.

İngilislərin bu zarafatı "Barcelona” klubunun rəhbərliyinin xoşuna gəlməyib və onlar televiziya kanalı haqda hüquqi çərçivədə ölçü götürülməsini tələb ediblər.

Uruqvaylı futbolçu isə keçən həftə təşkil edilən mətbuat konfransında bir jurnalistin "dişləmə” ilə bağlı verdiyi suala sərt cavab verib: "Belə suallara cavab verməkdən artıq yoruldum və dəfələrlə peşman olduğumu söylədim. Bu mövzunu təkrar gündəmə gətirməyin”.

Qeyd edək ki, Luis Suares Braziliyada keçirilən dünya çempionatında İtaliya yığmasının futbolçusu Corcio Kellininin çiynini dişləmişdi.