adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Oktyabr 2014 17:41
5409
MƏMLƏKƏT
A- A+

Azərbaycan Texniki Universitetində Bilik Fondunun təqdimatı oldu

Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı keçirilib. 

AzTU-nun rektoru, professor Havar Məmmədov Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla söhbətində bildirib ki, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərini artırmaq, daxili və xarici siyasətin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək məqsədi yaradılan Bilik Fondu qısa zaman ərzində xeyli işlər görüb. 

Rəhbərlik etdiyi təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin Bilik Fondu ilə birgə maraqlı layihələr gerçəkləşdirə biləcəklərinə əmin olduğunu vurğulayan rektor bu işdə hər kəsə uğurlar arzulayıb. 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun fəaliyyət istiqamətləri, maarifçilik tədbirləri ilə bağlı iştirakçılara geniş məlumat verib. İcraçı direktor qeyd edib ki, könüllülərin, tələbə və müəllimlərin layihələrə cəlb olunması daha daha böyük hədəflərə çatmağa yardım göstərər. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda əhalinin maarifləndirilməsinə, gənclərin texniki və humanitar sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə, dil bilgilərinin artırılmasına görə, tələbələrin, gənc alim və mütəxəssislərin Fondla geniş əlaqələr qurması vacibdir. 

Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mətasimində Fondun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub. 

Müəllim və tələbələri maraqlandıran sualları cavablandıran O.Səmədov onları Bilik Fondunun tədbirlərində, əhali arasında elmi-texniki biliklərin artırılması ilə bağlı layihələrdə fəal iştirak etməyə çağırıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru