adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Oktyabr 2014 16:27
4527
DÜNYA
A- A+

Ukraynada zorlanmış 286 qadın meyiti tapılıb

Separatçı Donetsk respublikasının baş naziri Aleksandr Zaxarçenko Krasnoarmeysk şəhəri ətrafında 286 qadın cəsədinin tapıldığını iddia edib.

Separatçı qurub lideri bunu seçkiqabağı görüş zamanı deyib.

 

"Krasnoarmeyskdə "Dnepr-1” batalyonunun döyüşdüyü yerdə 18-25 yaş arası təxminən 400 qadın itkin düşüb. 286 qadın şəhər yaxınlığında zorlanmış vəziyyətdə tapılıb”, - Zaxarçenko deyib.

 Hüquq müdafiəçiləri isə bu faktı təsdiq etməyiblər.

 Qeyd edək ki, Krasnoarmeysk şəhəri Donetskin 45 kilometrliyində yerləşir. Hazırda həmin şəhərə Ukrayna ordusu nəzarət edir.(Axar.az)