adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Oktyabr 2014 15:47
3732
ƏDƏBİYYAT
A- A+

Türkiyədə beynəlxalq kitab sərgisi keçiriləcək

Noyabrın 8-16-da Türkiyədə beynəlxalq kitab sərgisi keçiriləcək. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərgi bu ölkənin Kültür Nazirliyi və Türkiyə Naşirlər Birliyi tərəfindən keçirilir.

Türkiyə və dünyadan 850 nəşriyyat təmsilçisinin qatıldığı sərgidə yeni kitablar nümayiş olunacaq, müzakirələr aparılacaq, toplantılar təşkil olunacaq. Sərgi öz işinə "Sinemamızın 100  ili” adlı sənədli filmlə başlayacaq.

Festivalın fəxri qonağı yazıçı Atilla Dorsay olacaq. Festivalın fəxri qonaq ölkəsi isə bu dəfə Macarıstandır. Bunun üçün Macarıstana ayrılmış salonda bu ölkənin mədəniyyəti, mətbəxi, musiqisi təmsil olunacaq. Bundan başqa, müasir Macar ədədbiyyatının yazarları Peter Esterhazi, Lazlo Darvas, Spira Giorgi, Mihali Hoppal, Timur Davletov və digərləri də festivala qatılacaqlar.