adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Oktyabr 2014 14:55
3175
MƏMLƏKƏT
A- A+

Hava pisləşəcək - Xəbərdarlıq

Noyabrın 2-si Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, sabah hava 8-10 dərəcə aşağı enəcək. Noyabrın 2-də axşam, noyabrın 3-ü və 4-də havanın soyuq keçəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir. Hava fasilələrlə yağıntılı olacaq.

Noyabrın 1-dən 5-dək şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, arabir yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə aşağı enəcək. Bəzi rayonlarda güclü qərb, şimal-qərb küləyi əsəcəyi gözlənilir.