adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Oktyabr 2014 14:00
2321
HADİSƏ
A- A+

FHN özünü binadan atmaq istəyən şəxsi xilas edib

Sumqayıtda intihar etmək istəyən şəxs fikrindən daşındırılıb.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək istəyir. Xilasedicilər tərəfindən aparılanpsixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib