adalet.az header logo
  • Bakı 18°C
31 Oktyabr 2014 13:24
4789
DÜNYA
A- A+

İsrail İsveçdəki səfirini geri çağırır

Xəbər verdiyimiz kimi, oktyabrın 30-da İsveç Fələstini dövlət kimi tanıması haqqında qərar qəbul etmişdi. RİA Novostinin verdiyi məlumata görə, İsrail hökuməti bu qərara etiraz əlaməti olaraq səfirini İsveçdən geri çağırır.

İsrailin xarici işlər naziri Aviqdor Liberman İsveç dövlətinin qəbul etdiyi qərarı tənqid edərək bildirib: «Yaxın Şərq siyasəti İKEA-nın mebellərinin yığılmasından daha da qəlizdi». (İKEA- İsveçə məxsus Ticarət kompaniyası- red.)

Xatırladaq ki, Avropa Birliyinə daxil olan ölkələrdən başqa, 134 ölkə Fələstini dövlət kimi tanımışdı. İsveç isə Fələstini tanıyan ilk AB dövləti oldu.