adalet.az header logo
  • Bakı 17°C
31 Oktyabr 2014 13:22
4042
MƏMLƏKƏT
A- A+

Duz istehsalı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 23,4 min ton duz hasil olunub. Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, beləliklə də hasilatda ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım qeydə alınıb.

Bu müddətdə hasil olunan duzun 4,2 min tonunu əmtəəlik duz təşkil edib. Bu isə öz növbəsində ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz çoxdur. 

Ümumiyyətlə, bu müddətdə ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 99.4 faiz təşkil edib. Məhsulun 71.8 faizi mədənçıxarma bölməsində, 22.3 faizi emal bölməsində istehsal edilib.

Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.1 milyon ton, əmtəəlik qaz hasilatı 13.8 milyard kubmetr təşkil edib.