adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Oktyabr 2014 13:06
6908
MƏDƏNİYYƏT
A- A+

Bakıda 5-ci Avropa Film Festivalı başladı

Bakıda 5-ci Avropa Film Festivalının açılış mərasimi olub. Adalet.az xəbər verir ki, Avropa İttifaqı Nümayəndəliyi, Aİ-yə üzv  ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və "Park Cinema”-nın dəstəyi ilə təşkil olunan festival  mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır.

 

Avropa Film Festivalı proqramına 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir.

 

Hər film həftə içi iki növbəli (16:00 və 18:00), həftə sonunda isə bir növbəli nümayiş olunacaq. Bütün filmlərə giriş sərbəstdir və bilet tələb olunmur.  Festival noyabrın 9-dək davam edəcək.